Avropa Gümüş Liqasına hazırlığı davam etdirən kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gürcüstandakı təlim-məşq toplanışını başa vuraraq Vətənə qayıdıb.
Prosport.Az xəbər verir ki, kollektiv Tbilisidə yerli yığma ilə iki yoxlama oyunu keçirib.
Azərbaycan millisi bu qarşılaşmalarda Gürcüstan millisini 3:0 və 3:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Avropa Gümüş Liqasında ilk turun oyunlarını 6 - 8 iyunda İsveçdə keçirəcək. Rəqiblər ev sahibi ilə yanaşı, Gürcüstan yığması olacaq.

