“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki bütün mümkün rəqibləri bəlli olub.
Prosport.Az xəbər verir ki, bu raundda “səpələnmişlər” səbətində yer alacaq Ağdam təmsilçisi nisbətən zəif kollektivlərdən biri ilə qarşılaşacaq.
Azərbaycan çempionunun potensial rəqibləri
“Pafos” (Kipr)
“Riyeka” (Xorvatiya)
“Jalgiris” (Litva)
RFŞ (Latviya)
“Zrinski” (Bosniya və Herseqovina)
“Linkoln" (Cəbəllüttariq)
KUPS (Finlandiya)
TNS (Uels)
“Drita” (Kosovo)
“Breydablik” (İslandiya)
“Linfild” (Şimali İrlandiya)
“Buduçnost” (Monteneqro)
Qeyd edək ki, II təsnifat mərhələsinin püşkatması iyunun 18-də keçiriləcək. Bu mərhələnin oyunları 22/23 və 29/30 iyulda baş tutacaq.

