Növbəti mövsümə hazırlaşan “Kəpəz” heyətə yeni futbolçu cəlb edir.
Prosport.Az xəbər verir ki, Gəncə təmsilçisi öncə qapı xəttini gücləndirir.
Belə ki, “Kəpəz” belaruslu qolkiper Vladislav Vasilyuçeklə anlaşıb.
29 yaşlı qapıçının son klubu vətənində “Slutsk” olub. O, “Kəpəz”ə azad agent kimi keçəcək. Təcrübəli qolkiperlə 1 illik müqavilə imzalanacağı nəzərdə tutulub.

