Adı “Sabah”la hallanan yanaşı ukraynalı məşqçi Ruslan Rotan Azərbaycana gəlməyəcək.
Prosport.Az xəbər verir ki, ukraynalı mütəxəssis vətənində qalası olub.
“Aleksandriya”dan ayrılan mütəxəssis “Polessye” klubuna baş məşqçi təyin edilib. Onunla müqavilə 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Ukrayna mətbuatı dünən Ruslan Rotanın “Sabah”da baş məşqçi postuna namizəd olduğunu yazmışdı. Onun Azərbaycan Kubokunun finalından sonra Aleksey Berezutskini əvəzləməsi gözlənilirdi.

