“Neftçi” diqqətini Kipr bazarına yönəldib.
Prosport.Az futbolinfo.az-a istinadən xəbər verir ki, bakılılar bu ölkədən 2 futbolçu ilə maraqlanır.
"Ağ-qaralar" “Apollon”un oyunçusu Sessi d`Almeydaya elçi düşüb. İngiltərə, Portuqaliya və Fransa klublarında çıxış etmiş 29 yaşlı Almeyda Limassol klubuna ötən yay keçib.
Bakı klubu artıq ona təklif göndərib. Tərəflər arasında ilkin razılaşma olduğu bildirilir. “Apollon”la bir illik müqaviləsi qalan Sessinin transfer dəyəri yarım milyon avrodur.
Beninli oyunçunun transferində Ermənistanın “Noa” klubu da maraqlıdır. Lakin onun Azərbaycana gəlməyə daha isti yanaşdığı bildirilir.
“Neftçi” “Apollon”un daha bir futbolçusunu da istəyir. Həmin futbolçu kiprlidir. Adını öyrənə bilməsək də, onunla da ilkin razılıq əldə olunduğu deyilir.

