I Liqanın çempionu "Qəbələ” 5 futbolçu ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, Premyer Liqaya vəsiqə qazanan bölgə təmsilçisi qapıçı Müşviq Nadirov, yarımmüdafiəçi Samir Həsənov və hücumçu Ruslan Voronsovla başa çatan müqavilələrin müddətini uzatmayıb. Müdafiəçi İbrahim Ramazanov və yarımmüdafiəçi Oçe Oçoveçinin icarə müddəti başa çatıb.
Qeyd edək ki, bu futbolçuların 4-dü 2024-cü ilin yayından, İbrahim 2025-ci ilin əvvəlindən “qırmızı-qaralar”ın formasını geyinirdi.

