Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Güllə açılmamış yıxılmaq lazım deyil" - Vasili Berezutski
    29.05.2025 14:45:26

    "Sabah" Azərbaycan Kubokunun final matçında "Qarabağ"la üz-üzə gələcək.

    Prosport.Az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski oyundan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    - Bizi maraqlı oyun gözləyir. "Sabah" ilk dəfədir finalda oynayır. Bu finalda heç-heçə olmayacaq, ya qalib gəlməlisən, ya da məğlub olmalısan. Gərgin, maraqlı oyun olacaq.

    - Heyətdə hansısa problemlər var?

    - Seymur Məmmədov zədəlidir. Qalan hər kəs düşərgədədir. Oyunun əhəmiyyətini bilirik. Bir aydır ki, bu matça hazırlaşırıq. Hər kəs qaydasındadır. 

    - Uğursuz nəticə olacağı təqdirdə, komandadan göndəriləcəyiniz iddia edilir. Hətta namizəd də bəllidir. Vacib oyunöncəsi bu xəbərlər sizə necə təsir edir?

    - Bu, bizə heç bir təsir etmir. Hamımız kuboka köklənmişik. Bunları kubokun finalından sonra danışmaq olar. Düzü, mən mətbuatı oxumuram. Bu cür xəbərlər özümə təsir etmir.  

    - Kubokun finalında uğursuz olsanız, komandadan gedəcəksiniz, yoxsa rəhbərliyin sizi göndərməsini gözləyəcəksiniz?

    - Bu barədə danışmaq üçün hələ tezdir. Təyin olunandan bir həftə sonra istefaya getməliydim. Gözləyək, sonra danışarıq.

    - Dəfələrlə futbolçu kimi Rusiya Kubokunun finalında oynamısınız. Final oyununun özəlliyini nədə görürsünüz?

    - Futbolçu və məşqçi kimi eyni hissləri keçirirəm. Öz gücünü meydanda verməlisən. Qələbə üçün əlindən gələni etməlisən.  

    - "Sabah"a gəldikdən sonra "Qarabağ"a uduzmamısınız. Bunu final öncəsi psixoloji üstünlük hesab edirsiniz?

    - Bunu üstünlük və ya zəiflik hesab etmək olar. "Qarabağ" da motivasiyalı olacaq. Onlar üçün də önəmlidir. Şanslar bərabərdir. "Qarabağ" favorit sayılır. Amma güllə açılmamış yıxılmaq lazım deyil. 

    - Leonid Slutski ilə birlikdə uzun müddət işləmisiniz. O da təcrübəli və sizə yaxın biridir. Maraqlıdır, "Qarabağ"ı necə məğlub etmək barədə onunla heç söhbətiniz olub?

    - Deyə bilərəm ki, yox. Amma ümumi anlar var ki, onları aramızda müzakirə edirik.

    - "Qarabağ"a qalib gəlib avrokuboklara vəsiqə qazansanız, hazırkı heyəti qoruyub-saxlayacaqsınız?

    - Oyuna 2 gün qalıb. Oyunla yaşayırıq. Gələcəkdə necə olacaq, onu bilmirəm. Qalib gələ və ya uduza bilərik. Necə olacağını finalda görəcəyik.

    Futbol

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    Futbol

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01
    Futbol

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26
    Futbol

    Millimiz Tacikistana çətinliklə qalib gəldi

    23.09.2026 21:57:17
    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Minifutbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Estoniyaya sərfəli məğlubiyyət yox, qələbə üçün gedəcəyik" - "Neftçi"nin baş məşqçisi

    23.09.2026 23:44:07

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31

    Millimiz Tacikistana çətinliklə qalib gəldi

    23.09.2026 21:57:17

    "Səfərə qalib gəlmək üçün gedəcəyik" - Konstantinos Vasiliadis

    23.09.2026 21:50:19

    Fərhad Rəcəbli dünya 3-cüsü oldu

    23.09.2026 21:28:44

    Yunanıstan üzərində qələbə, Ermənistana məğlubiyyət

    23.09.2026 21:00:49

    "Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə başladı

    23.09.2026 20:54:09

    Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib

    23.09.2026 20:39:24

    “Birbaşa Bakı” Çempionlar Liqasına qələbə ilə başladı

    23.09.2026 20:17:08

    Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib

    23.09.2026 19:34:17

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved