"Sabah" yaxşı təşkilatlanmış komandadır"
Prosport.Az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə mətbuat konfransında deyib.
Müdafiəçi "Sabah"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunu ilə bağlı fikirlərini bölüşüb: "Bizi çox yaxşı final görüşü gözləyir. Titullarımızın sayını artırmaq istəyirik".
Qeyd edək ki, mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da start götürəcək.

