Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Penaltilər seriyasına ciddi hazırlaşmamışıq" - Qurban Qurbanov
    29.05.2025 13:20:08

    "Hamı üçün çox vacib oyundur. Ən azından final görüşləri elədir ki, bütün klubların azarkeşləri bir yerə toplanır. Bayram kimi olur. "Qarabağ" fanatları bizə azarkeşlik edəcəklər. Neytral azarkeşlər yaxşı futbola baxmağa gələcəklər. Komanda olaraq çalışacağıq ki, ən azından yaxşı oyun göstərəcək. Kubok əlavə prestijdir. Çempion olmuşuq, amma istərdik ki, finalda yaxşı oyun göstərib, müsbət nəticə qazanaq. "Sabah" yaxşı komandadır. Son vaxtlar çox iddialıdır, gələcək üçün böyük işlər görür. Çempionatda 5-ci yerdə olsa da, komanda bəlkə bu yerə layiq deyildi. Potensialına və fərdi oyunçularına görə daha yuxarıda olmağa layiq idilər. Vasili Berezutski də demişdi ki, kubokda iddialıdırlar, bura kökləniblər. Çox möhkəm kollektivə qarşı oynayacağıq. Belə komandalara qarşı belə final oyunları oynamaq xoşdur. Klub, futbolçular belə oyunlarda inkişaf edir. Hər iki komandaya uğurlar arzulayıram. Çalışacağıq ki, yaxşı oyun göstərək. Xeyirlisi olsun".

    Prosport.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun “Sabah”a qarşı keçiriləcək final görüşündən öncə mətbuat konfransında deyib.

    O, jurnalistlərin suallarını da cavablandırıb.

    - Vasili Berezutski gələndən sonra "Sabah"ı məğlub edə bilmirsiniz. Əsasən hansı planda çətinlik çəkirsiniz?

    - Bizə qarşı oyunlarda müdafiədə çox səliqəli oynayırlar. Çox diqqətli olurlar. Fərdi keyfiyyətləri yüksək olan futbolçular bizə çətinlik yaşadırlar. Bu gün ölkə çempionuyuq. Hər zaman bütün komandalar liderə qarşı daha istəkli olurlar. Özümüz də bunu keçmişik. Əvvəllər liderlərə qarşı, indi isə avrokuboklarda daha böyük komandalarla oynayanda, istər-istəməz motivasiyamız daha yuxarı olur, məsuliyyətimiz artır. "Sabah" bu mövsüm daha yaxşı yerdə olmağa layiq idi. Bizimlə çox da fərqi olmayan komandadır. 

    - Sumqayıtda oynamaq necə hissdir?

    - Sumqayıtda meydança yaxşıdır. Orada futbola böyük maraq olur. "Sumqayıt"ın bizimlə ev oyunlarında stadion həmişə dolub. 7-8 min azarkeş görürük. Futbolçular üçün də orada oynamaq xoş olacaq.

    - Penaltilərə ciddi hazırlaşmısınız?

    - Çox da ciddi yox. Hər bir halda, məşqdə özləri bilmədən şərait yaradırıq ki, hər futbolçu 1-2 penalti yerinə yetirsin.

    Futbol

    Avropa və dünya çempionu üçün Bakıda ikiqat əlamətdar oyun

    25.11.2026 14:13:05
    Futbol

    "Bakıda olmaqdan məmnunuq" - Xoan Laporta

    25.11.2026 13:46:38
    Futbol

    "Şəfa"da klubdaxili iclas: Baş məşqçi ilə bağlı qərar verildi

    25.11.2026 13:16:11
    Futbol

    "Məğlub olsaq, qətiyyən forma istəməyəcəyəm" - Stiv Solve

    25.11.2026 12:43:14
    Futbol

    "Sabah" - "Barselona": Təxmini "11-lik"lər

    25.11.2026 12:15:10
    Futbol

    "Barselona"nı məğlub edə bilərik" - "Sabah" cəbhəsindən iddialı açıqlama

    25.11.2026 11:12:47
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Avropa və dünya çempionu üçün Bakıda ikiqat əlamətdar oyun

    25.11.2026 14:13:05

    "Bakıda olmaqdan məmnunuq" - Xoan Laporta

    25.11.2026 13:46:38

    "Şəfa"da klubdaxili iclas: Baş məşqçi ilə bağlı qərar verildi

    25.11.2026 13:16:11

    "Məğlub olsaq, qətiyyən forma istəməyəcəyəm" - Stiv Solve

    25.11.2026 12:43:14

    "Sabah" - "Barselona": Təxmini "11-lik"lər

    25.11.2026 12:15:10

    Cüdo məşqçilərinin peşəkar inkişafı üçün xüsusi proqram

    25.11.2026 11:40:17

    "Barselona"nı məğlub edə bilərik" - "Sabah" cəbhəsindən iddialı açıqlama

    25.11.2026 11:12:47

    "Barselona"ya qarşı oynamaq hər futbolçu üçün arzudur" - "Sabah"ın futbolçusu

    25.11.2026 10:52:44

    "Turan" Çempionlar Liqasının qrup mərhələsində mübarizəyə başlayır

    25.11.2026 10:24:05

    Çempionlar Liqası: "Sabah" "Barselona" qarşısında möcüzə axtarışında

    25.11.2026 10:00:18

    "Turan"ın Çempionlar Liqasındakı ev oyunlarının məkanı və vaxtı bilindi

    25.11.2026 09:27:18

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved