"Araz-Naxçıvan" klubu qapıçısı Tərlan Əhmədli ilə müqavilənin müddətini uzadıb.
Prosport.Az xəbər verir ki, 31 yaşlı qolkiper daha 1 il Naxçıvan təmsilçisinin formasını geyinəcək. O, 2024/2025 mövsümündə də “qırmızı-ağlar”ın heyətində yer alıb.
Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro və qapıçı Kristian Avramla da yeni müqavilə imzalanıb.

