"Sumqayıt"dan ayrılan Vüsal İsgəndərli komanda ilə vidalaşıb.
Prosport.Az xəbər verir ki, Albaniyanın "Eqnatiya" klubu ilə razılığa gələn 27 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında "Sumqayıt"a uğurlar arzulayıb:
"Uğurlar, "Sumqayıt"! 1 il ərzində hər oyunda yanımda olan komanda yoldaşlarım, hər zaman yanımızda olan azarkeşlərimiz, haqqınızı halal edin".
Qeyd edək ki, Vüsal İsgəndərli ötən mövsüm "Sumqayıt"da 35 rəsmi matçda 6 qol vurub, 3 məhsuldar ötürmə edib. O, müqavilə imzalamaq üçün Albaniyaya yollanıb.

