Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Bakıda "Fair Play Matçı" keçirilib - FOTOLAR
    28.05.2025 13:58:00

    Mayın 26-da "ASK Arena"da “Fair Play Matçı” baş tutub.

    Prosport.Az xəbər verir ki, oyunda peşəkar, veteran, həvəskar, qadın və əlil futbolçular və hakimlərdən ibarət qarışıq komandalar iştirak edib. Görüşün məqsədi “Futbol hamı üçün” və “Futbolda ədalətli oyun” mesajlarını vermək olub.

    Bu matç, həmçinin Azərbaycan futbol tarixinin unudulmaz siması, dünya şöhrətli hakim Tofiq Bəhramovun 100 illiyi və bu il dünyada ilk dəfə qeyd edilən “Beynəlxalq Ədalətli Oyun Günü”nə həsr edilib. 

    Tədbir “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin təşkilatçılığı, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, AFFA ilə “Neftçi”nin dəstəyi və tərəfdaşlığı ilə keçirilib. 
    Matçdan öncə tədbirin açılış hissəsində Birləşmiş Krallığın ölkəmizdəki səfiri Ferqus Auld, “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin sədri Gülağa Cabarov, Regional Futbol Federasiyasının prezidenti İskəndər Cavadov və digərləri açılış nitqləri ilə çıxış edib və tədbirin əhəmiyyətini vurğulayıblar. Səfir ana dilimizdə çıxış edərək idmanın vacibliyini qeyd edib: “Fair Play” matçı çox gözəl bir təşəbbüsdür. Bu matç bizə futbol və idmanın hər kəs üçün olduğunu göstərir. Hər kəs bir meydanda oynayır. Bu, futbolun insanları necə birləşdirdiyini əyani şəkildə nümayiş etdirir. Bu oyun həm də çox xüsusi bir şəxsə — Azərbaycan futbolunun siması Tofiq Bəhramova həsr olunur.”

    Daha sonra qarşılaşmaya start verilib. Britaniyanın səfiri, səfirliyin əməkdaşları, “Baku Juniors” qadınlar klubu, futbol veteranları, amputant futbolçulardan ibarət millinin üzvləri və hakimlər bir araya gələrək ədalətli oyunun ruhunu qeyd edib və maraqlı futbol matçı keçiriblər. Tədbirdən sonra “Neftçi” klubunun amputant futbolçular üçün hədiyyələri təqdim edilib. 

    Qeyd edək ki, bu tədbir “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin 2025-ci ildə həyata keçirdiyi “Tofiq Bəhramov – 100” Ədalətli Oyun İrsi” layihəsi çərçivəsində təşkil olunub.

    Futbol

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    Futbol

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01
    Futbol

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26
    Futbol

    Millimiz Tacikistana çətinliklə qalib gəldi

    23.09.2026 21:57:17
    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Minifutbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Estoniyaya sərfəli məğlubiyyət yox, qələbə üçün gedəcəyik" - "Neftçi"nin baş məşqçisi

    23.09.2026 23:44:07

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31

    Millimiz Tacikistana çətinliklə qalib gəldi

    23.09.2026 21:57:17

    "Səfərə qalib gəlmək üçün gedəcəyik" - Konstantinos Vasiliadis

    23.09.2026 21:50:19

    Fərhad Rəcəbli dünya 3-cüsü oldu

    23.09.2026 21:28:44

    Yunanıstan üzərində qələbə, Ermənistana məğlubiyyət

    23.09.2026 21:00:49

    "Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə başladı

    23.09.2026 20:54:09

    Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib

    23.09.2026 20:39:24

    “Birbaşa Bakı” Çempionlar Liqasına qələbə ilə başladı

    23.09.2026 20:17:08

    Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib

    23.09.2026 19:34:17

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved