Türkiyənin "Fənərbağça" klubunda yeni təyinat gerçəkləşib.
Prosport.Az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı Mariu Branku idman direktoru vəzifəsini yerinə yetirəcək.
Okan Özkan isə onun köməkçisi olacaq.
Qeyd edək ki, "Fənərbağça" daha əvvəl baş məşqçi İsmail Kartalla 1 mövsümlük müqavilə imzalayıb.

