"Qarabağ" klubunun qapıçısı Mateuş Koxalski Polşa millisinə dəvət alıb.
Prosport.Az xəbər verir ki, qolkiper yığmanın iyun ayında keçirəcəyi matçlara çağırılıb.
Qeyd edək ki, Polşa iyunun 6-da Moldova ilə yoldaşlıq oyunu keçirəcək. Komanda iyunun 10-da isə dünya çempionatının seçmə mərhələsində Finlandiyanın qonağı olacaq.

