Transfer çalışmalarını davam etdirən Dortmund "Borusiya"sı 22 yaşlı Feliks Nmeçanı transfer edib.
Prosport.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Feliks Nmeçanın transferinə görə "arılar" "Volfsburq"a 30 milyon avro ödəyib. Futbolçunun özü ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, gənc yarımmüdafiəçi yeni komandasında 8 nömrəli forma ilə çıxış edəcək.

