Misli Premyer Liqasında 2024/2025 mövsümünün bombardiri “Qarabağ”ın futbolçusu Leandro Andrade olub.
Prosport.Az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi mövsümdə 15 qol vurub.
O, ilk dəfə Premyer Liqanın bombardiri mükafatını qazanıb.
Ardıcıl 4-cü, tarixdə 10-cu dəfə “Qarabağ”ın futbolçusu Azərbaycan çempionatlarının ən məhsuldar oyunçusu olub. Ağdam klubu oyunçularının bombardirliyi sayında rekordçudur.

