Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın daha bir klubunun maraq dairəsinə düşüb.
Prosport.Az Almaniya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu “Fortuna”nın hədəfindədir.
Düsseldorf klubu yayda sərbəst futbolçu statusu alacaq forvardı ələ keçirmək istəyir. Mahirin keçidini klubun Direktorlar Şurasının üzvü Klaus Alofs və idman direktoru Kristian Veba istəyir.
“Nürnberq”lə müqaviləsi başa çatmaqda olan Mahir “Zankt Pauli” və “Kayzaslautan”ın da hədəfindədir. Hücumçunun özü də Almaniyada qalmaq istədiyindən, “Fortuna” bundan yararlanmaq iddiasındadır.
Qeyd edək ki, “Fortuna” 2-ci Bundesliqada mövsümü 6-cı yerdə başa vurub.

