"Turan Tovuz" Misli Premyer Liqasının XXXVI turunda doğma meydanda "Kəpəz"i 4:0 hesabı ilə məğlub edib.
Prosport.Az xəbər verir ki, tovuzluların baş məşqçisi Qurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
– Oyundan məmnunam. Mövsümün son matçında azarkeşlərimizi sevindirə bildik. Daha da yaxşı oynaya bilərdik.
– "Kəpəz"dən 2:5 hesablı məğlubiyyətin revanşını aldığınızı demək olar?
– Həmin oyunu komandanın yadına saldıq. Amma matçdan əvvəl belə böyük hesabla qələbə qazanacağımızı düşünmürdük.
– "Turan Tovuz"un avrokuboklara vəsiqə şansı kubokun finalından asılıdır. Həmin oyuna baxacaqsınız?
– Bəli, Azərbaycanda olacağam, oyuna baxacağam.
– "Araz-Naxçıvan" və "Turan Tovuz"dan milliyə heç kim dəvət olunmayıb. Buna münasibətiniz necədir?
– Bu, millinin baş məşqçisinin qərarıdır.

