Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bəzi məsələlərdə rəhbərliklə razılaşa bilmədik" – "Kəpəz"in baş məşqçisi
    25.05.2025 19:46:30

    "Kəpəz" Misli Premyer Liqasının sonuncu turunda səfərdə "Turan Tovuz"a 0:4 hesabı ilə məğlub olub.

    Prosport.Az əbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Oyun barədə çox danışmağa dəyməz. Nəticə mənim üçün əvvəldən bəlli idi. "Turan Tovuz"u təbrik edirəm.

    – Artıq hamıya bəllidir ki, "Kəpəz"in baş məşqçisi postundan getmisiniz. Dünənki iclasda nələr müzakirə olundu?
    – Dünən futbolçularla görüş oldu. Bunun neqativ tərəfləri bu gün meydanda görünürdü. Bəzi məsələlərdə rəhbərliklə razılaşa bilmədik. İkitərəfli razılıq əsasında ayrılmaq qərarı verdik. Mənim iddialarım, baxışlarım fərqlidir. Yeni rəhbərlik başqa cür düşünür. Futbolda belə hallar olur, olacaq da. Biz də daha güclü olmalıyıq.

    – Komandada kimin qalıb-qalmayacağına baş məşqçi qərar verir, yoxsa rəhbərlik?
    – Bu gün sonuncu dəfə "Kəpəz" barədə danışacağam. Burada yaxşı dostlar tapdım. Çoxlarının "Kəpəz"in üstündən xətt çəkdiyi vaxtda biz komandanı Premyer Liqada saxladıq. Sabah kimin qərar verəcəyini bilmirəm. Hər işdə bir xeyir var. Daha yaxşı şeylər olacaq.

    – Dediniz ki, oyunun nəticəsi mənim üçün əvvəldən bəlli idi. Nə demək istəyirdiniz?
    – Baş məşqçi bilir ki, komandada qalmayacaq, futbolçular da bunu hiss edirsə, istər-istəməz ruh düşkünlüyü yaranır. "Kəpəz"də hansısa usta futbolçunun adını çəkə bilməzsiniz. Döyüşkənliyin hesabına xallar qazanmışıq və Premyer Liqada qalmışıq.

    – Bilərəkdən oynamamaq ehtimalı ola bilər?
    – Yox. Heç vaxt ola bilməz. Ruh düşkünlüyü oldu. Futbolçular çox hissiyyatlı insanlardır.

    – Rəhbərliklə hansı məsələlərdə ortaq məxrəcə gələ bilmədiniz?
    – Bunu açıqlamayacağam. Klubla mənim aramda olan məsələlərdir. "Kəpəz"dən ancaq yaxşı şeylər danışmaq istəyirəm. Komandaya uğurlar arzulayıram. Mən bu azarkeşləri sevdim. Mənim burada haqqım var. Vaxtımın çox hissəsini ailəmlə yox, futbolçularla, akademiya ilə keçirmişəm. Futbolda belə şeylər olur.

    – Klub rəhbərliyi sizdən halallıq aldı?
    – Biz hər şeyə peşəkar yanaşırıq. Bir insan həm ibadət əhli, həm də dünyəvi insan ola bilər. Həyat davam edir. Zaman hər şeyi göstərəcək. Futbolçulara həmişə bir söz demişəm, həyatda düz olmaq lazımdır. Düzsənsə, rahat olacaqsan.

    – Sonluğun belə olacağı gözlənilirdi, mətbuatda yazılırdı. Bu vaxta qədər "Kəpəz"da qaldığınıza görə peşman deyilsiniz?
    – Əsla. Bəlkə də bu hadisə həftələr əvvəl baş versəydi, "Kəpəz" Premyer Liqada qalmayacaqdı. Mən çox sevinirəm ki, azarkeşlər"Kəpəz"i gələn mövsüm də Premyer Liqada görəcək. Gəncəyə böyük futbol yaraşır.

    Futbol

    Mahir Emreli Polşa çempionatına məğlubiyyətlə başladı

    27.07.2026 13:15:44
    Futbol

    “Qarabağ”ın sabiq qapıçısı Superliqa klubunda

    27.07.2026 12:55:16
    Futbol

    CV ilə milliyə məşqçi təyinatı olar? - YAZI

    27.07.2026 12:17:33
    Futbol

    Azərbaycan klubu 9 illik baş məşqçisi ilə vidalaşdı

    27.07.2026 11:45:45
    Futbol

    "Samtredia"nın sabiq futbolçusu I Liqa klubunda

    27.07.2026 11:23:29
    Futbol

    "Turan Tovuz"un Ankarada 2-ci sınağı

    27.07.2026 10:54:02
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Mahir Emreli Polşa çempionatına məğlubiyyətlə başladı

    27.07.2026 13:15:44

    “Qarabağ”ın sabiq qapıçısı Superliqa klubunda

    27.07.2026 12:55:16

    CV ilə milliyə məşqçi təyinatı olar? - YAZI

    27.07.2026 12:17:33

    Azərbaycan klubu 9 illik baş məşqçisi ilə vidalaşdı

    27.07.2026 11:45:45

    "Samtredia"nın sabiq futbolçusu I Liqa klubunda

    27.07.2026 11:23:29

    "Turan Tovuz"un Ankarada 2-ci sınağı

    27.07.2026 10:54:02

    Millimiz Avropa çempionatına Afinada hazırlaşacaq

    27.07.2026 10:26:12

    Bakıda dünya çempionatı start götürür

    27.07.2026 10:00:58

    14 il sonra Bakıda keçirilən 2-ci dünya çempionatı – Bildiklərimiz, bilmədiklərimiz

    27.07.2026 09:00:52

    Azərbaycanda Avropa Cüdo Ümidləri turniri başa çatdı

    27.07.2026 00:59:37

    Bakıda ABŞ ictimai birliyi ilə memorandum imzalandı – FOTO + VİDEO

    26.07.2026 23:55:01

    Dünya çempionatında güləşçilərimizin ilk rəqibləri bilindi

    26.07.2026 23:23:06

    Azərbaycan triatlonçuları Minskdə 2 medal qazandı

    26.07.2026 22:58:24

    Toral Bayramov "Şaxtyor"a qarşı 1 hissə oynadı

    26.07.2026 22:06:13

    Messidən komanda yoldaşlarına xüsusi hədiyyə – FOTO

    26.07.2026 21:26:52
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved