Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bizə yaraşmayan mövsüm oldu" - Samir Abasov
    24.05.2025 22:31:34

    Misli Premyer Liqasının XXXVI turunun "Sabah" - "Neftçi" oyunundan (1:0) komandanın baş məşqçis Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    - Fiziki, mental durumu yəqin ki, yoluna qoymaq olar. Amma düşünmək olar ki, yayda ən çətin işiniz seleksiya olacaq?

    - Bəli, seleksiya işidir. Bu işlərə çoxdan start vermişik. Bu yolda da komanda, məşqçi, bu işdə çalışanlar olaraq bu nə qədər açıqlanmasa da, yaxşı yol seçmişik. Seçimlərdə çalışırıq ki, diqqətli olaq. Buna çox güc sərf edirik. Baxdığımız, danışdığımız oyunçular var. O işə daha çox köklənmişəm. Son illərdə seleksiya ilə bağlı problemlər yaşamışıq, bunu aradan qaldırmağa çalışacağıq. Çox çətin period bizi gözləyir. Təki, nəticəsi olsun.

    - Gücləndirmək istədiyiniz mövqelər arasında qapı xətti var?

    - Mövqeləri açıqlamayacağıq. Transferlər olanda, görəcəksiniz. Bu oyunçular klub tərəfindən açıqlana da bilər. Transferləri 1-2 aydan sonra da gətirə bilərik. Bir neçə mövqe üçün namizədlərimiz var.

    - Birinci hissədə epizod var idi, Namik Ələsgərov Emin Mahmudovun ayağına girir, epizod qırmızı vərəqəyə oxşayır. Keçən dəfə demişdiniz ki, lazım olan şəxslər yumruğu stola vursun. O yumruq vurulmasa, yeni mövsümdə “Neftçi” daha çox çətinlik çəkəcək?

    - Hansısa referinin bizə qarşı qərəzli iş gördüyünü ağlımızdan keçirmirik. Səhvlər var. Nəticələrə də təsir edir. Siz deyən epizodu görməmişəm. Biz o qədər nəticələrə köklənmişdik ki, siz deyən məsələni prioritet tutmadıq. Amma bu da bizim üçün önəmli olacaq. Azarkeşin qarşısında rahat danışmaq üçün nəticəni, oyunumuzu düzəltməliyik ki, sonra ətrafda baş verən proseslərə köklənək. Bizə yaraşmayan mövsüm oldu. Faciəyə yaxın bir şey oldu. Danışa bilmirik, dilimiz qısadır. Qərəzsiz olduğuna əmin olduğumdan səhvlər aradan qalxacaq.

    - Düşünürsünüz ki, yayda oturub köklü islahatlar aparasınız deyə avrokuboklara bu heyətlə getməmək daha yaxşıdır? Hər halda, avrokuboklara getsəydiniz, oyunçuları yola salmaq, yeni heyət qurmaq zaman alacaqdı. Avrokuboklar da gözləmir...

    - Futbol baxımından elədir. İşlədiyimiz klub bizim istəklərimizi üstələyir. Azarkeşin istədiyi şeylər var. Biz avrokuboklarda oynamalıyıq. Həmina avrokuboklarda oynaya-oynaya işimizi düzgün görməliyik.

    Futbol

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    Futbol

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01
    Futbol

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26
    Futbol

    Millimiz Tacikistana çətinliklə qalib gəldi

    23.09.2026 21:57:17
    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Futbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Estoniyaya sərfəli məğlubiyyət yox, qələbə üçün gedəcəyik" - "Neftçi"nin baş məşqçisi

    23.09.2026 23:44:07

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31

    Millimiz Tacikistana çətinliklə qalib gəldi

    23.09.2026 21:57:17

    "Səfərə qalib gəlmək üçün gedəcəyik" - Konstantinos Vasiliadis

    23.09.2026 21:50:19

    Fərhad Rəcəbli dünya 3-cüsü oldu

    23.09.2026 21:28:44

    Yunanıstan üzərində qələbə, Ermənistana məğlubiyyət

    23.09.2026 21:00:49

    "Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə başladı

    23.09.2026 20:54:09

    Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib

    23.09.2026 20:39:24

    “Birbaşa Bakı” Çempionlar Liqasına qələbə ilə başladı

    23.09.2026 20:17:08

    Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib

    23.09.2026 19:34:17

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved