Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Hara gedirəm, sponsor gəlir" - Ayxan Abbasov
    24.05.2025 19:55:49

    Misli Premyer Liqasının XXXVI turunun “Şamaxı” – “Qarabağ” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – “Qarabağ”ı təbrik edirəm, onlara Çempionlar Liqasında uğurlar arzulayıram. Azarkeşlərimizə təşəkkür edirəm. Məğlubiyyətlər olsa da, bizi dəstəklədilər. Məqsəd Premyer Liqada qalmaq idi və öhdəsindən gəldik. Bu il çox şey qazandıq. Klub olaraq Premyer Liqada möhkəmləndik, gənclər qazandıq. Davam etməliyik. Pillə-pillə inkişaf istəyiriksə, belə mübarizələr vacibdir.

    – Büdcə azalacaq. Rəhbərliklə danışığınız olub?

    – Bilirik. Bizdən başqa sponsoru olmayan komanda yoxdur. Ötən il ən az büdcə bizdə idi. Böyük büdcəsi olan klublar da çətinlik olacağını deyir. Görün, indi bizimçün necə olacaq. Rəhbərliklə böyük fikir mübadiləsi aparırıq. Yola çıxmışıq və yarımçıq qoymaq istəmirəm. Burada tək mən deyiləm. Böyük risklər alırıq. Ancaq inanıram. Bir yol çəkmişik və bununla getməliyik. Rəhbərlik də fədakarlıq etməyə çalışır. Gələn mövsüm də buradayıq. İşlərə başlamışıq. Daha dinamik, perspektivli oyunçular istəyirik. Seleksiyaya başlamışıq.

    – U-21-in heyəti açıqlandı. 16 yaşlı Amin Rzayevə də dəvət göndərdiniz. Onun haqda fikirləriniz nədir?

    – Geniş siyahıdır. Təəssüf ki, 4-5 futbolçu var idi, çağıra bilmədim. Onları da görmək istəyirəm. Həmin mövqedə oyunçular çox olduğu üçün çətinlik çəkirəm. Bacarıqlı uşaqları çalışacağıq ki, U-21-ə tez qoşaq və qısa zamanda da əsas yığmaya düşsünlər. Ötən toplanışda da 2007 təvəllüdlü uşaqlar var idi. Bu dəfə də 2009 oldu. Bu, digər gənclərə də ismarıcdır. Onlar da izlənilir. 30 nəfərlik heyətdir və hər kəsin oynamaq şansı var. Mayın 30-da əsas yığma ilə oyunumuz olacaq.

    – Bu mövsüm Edqar ən potensiallı uşaqlardan oldu. Onun əsas yığmaya çağırılmaması nə ilə bağlıdır?

    – Qərarı millinin baş məşqçisi verir. Onunla söhbətlərimiz olur. Gənclər də onun nəzarətindədir. Milliyə gedib oynamamaq da bir şey deyil. Edqarın U-19 millisinə çağırılmasının üstündən 2-3 il keçib. Oyunçu beynəlxalq matçlarda oynasa, daha çox inkişaf edər. Edqar da Santuşun nəzarətindədir.

    – Yığmaya çağırmadığınız oyunçular arasında “Mingəçevir”dən Nahid Əliyev var idi?

    – Bəli.

    – Bu gün heyətdə az legionerin olması nə ilə bağlıdır?

    – Andrey, Rikardo, Alfons, Vladislav bizimlədir. Digərləri ilə yolları ayırmışıq. Leroy Mikels də getmək istədi. Bu gün iki legioner və gənclər yaxşı mübarizə apardı. Gələn mövsüm üçün hələlik 4 legionerimiz var.

    – Kamran İsmayılov bildirib ki, büdcə azalmasından öncə Ayxan Abbasovla razılaşmışdıq. Bunu əvvəldən bilsəydiniz, fərqli qərar olardı?

    – Bu gün şükürlər olsun, maliyyə problemi yaşanmır. Yəni, maaşlar, mükafatlar vaxtında olur. Ümid edirəm ki, sponsor gələr. Hara gedirəm, sponsor gəlir. Amma sonra mən gedirəm (gülür). Təki sponsor gəlsin, gedə bilərəm.

    – Gənclər üçün müraciət etdiyiniz klublardan razılıq cavabı gəlir?

    – “Qəbələ”dən Emil Süleymanovu icarəyə götürdük. Bu mövsüm bizimlə olan Rauf Rüstəmli müqavilə ilə məxsus olduğu “Sabah”a qayıdacaq. Burada həm biz, həm onlar qazandı. Cəlal Hüseynov da bura gələndə yaxşı formada deyildi, ancaq indi əsas yığmaya çağırıldı. 12-13 futbolçu üçün müraciət etmişik, yalnız “Qəbələ”dən müsbət cavab almışıq.

    – Növbəti mövsümdə legioner limiti ləğv olunacaq. Yığmanın heyətini qurmaq üçün sizə nə dərəcə çətinlik ola bilər?

    – Gənclərə şans verəcəyik. Bu gün “Sumqayıt”a təşəkkür edirəm. Milliyə çağırdığım oyunçuları əsas heyətdə oynadılar. Gənclər arasında rəqabət olacaq. Uşaqları izləyir, məlumatlar alırıq. İnanıram ki, yeni mövsümdə də uşaqlar olacaq. Azından bizdə 5-6-sı oynayacaq.

    Futbol

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    Futbol

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01
    Futbol

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26
    Futbol

    Millimiz Tacikistana çətinliklə qalib gəldi

    23.09.2026 21:57:17
    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Minifutbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Estoniyaya sərfəli məğlubiyyət yox, qələbə üçün gedəcəyik" - "Neftçi"nin baş məşqçisi

    23.09.2026 23:44:07

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31

    Millimiz Tacikistana çətinliklə qalib gəldi

    23.09.2026 21:57:17

    "Səfərə qalib gəlmək üçün gedəcəyik" - Konstantinos Vasiliadis

    23.09.2026 21:50:19

    Fərhad Rəcəbli dünya 3-cüsü oldu

    23.09.2026 21:28:44

    Yunanıstan üzərində qələbə, Ermənistana məğlubiyyət

    23.09.2026 21:00:49

    "Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə başladı

    23.09.2026 20:54:09

    Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib

    23.09.2026 20:39:24

    “Birbaşa Bakı” Çempionlar Liqasına qələbə ilə başladı

    23.09.2026 20:17:08

    Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib

    23.09.2026 19:34:17

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved