Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bir neçə futbolçu ilə aktiv danışıqlarımız var" - Qurban Qurbanov
    24.05.2025 19:46:36

    Misli Premyer Liqasının XXXVI turunun “Şamaxı” – “Qarabağ” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – Ayxan Abbasova təşəkkür edirəm. Gənclərdən yaxşı, mübarizə kollektiv formalaşdırıb. Sona kimi mübarizə apardılar, bizə xeyli çətinlik yaşatdılar. Futbolçularımı təbrik edirəm. Qələbə üçün sona kimi oyunun içində oldular, qopmadılar. Hər iki komanda mövsümü yaxşı notlarla başa vurdu. Azarkeşlərə təşəkkür edirəm, komandalarının yanında oldular.

    – “Barselona”nın düşərgəsində oldunuz, Hans-Diter Fliklə görüşdünüz. Daha əvvəl də bu klubda olmuşdunuz. Hansı fərqlər var və nə təcrübələr qazandınız?

    – Bütün yaş qruplarının məşqində oldum. Mütəxəssislərlə söhbətlərimiz oldu, eləcə də Fliklə. Baxmayaraq ki, geniş danışa bilmədik. Çox böyük klubdur. Onların vaxt ayırması asan deyildi. Ciddi klubdur. Öz prinsipləri var. İlk getdiyim vaxtda (Qvardiola dönəmində) ulduzlar daha çox idi. Həmin dövr komandanın ən yaxşı vaxtları idi. İndi də gənc və yaxşı futbolçuları var. Mənimçün ora getmək çox vacib idi. Əmin oldum ki, sistemi qurub saxlamaq çox vacibdir. Bunu icra edənlər sistemi sevməli və sadə şəkildə tapşırıqları yerinə yetirməlidir. Komandada adlı-sanlı oyunçuların olması vacib deyil. Çox şey götürdüm. Belə səfərlər böyük təcrübə, inam verir. Böyük klublarda öz komandanda istədiklərini görmək xoşdur. Maraqlı görüş alındı. Faydalı səfər oldu.

    – U-21-in heyəti açıqlandı. 15 yaşlı Amin Rzayev və Hikmət də dəvət alıb. Bu haqda fikirlərinizi bilmək istəyirdim...

    – Əlbəttə, belə oyunçuların tez böyüməsi üçün yuxarı kollektivdə olması vacibdir. Qərar verməyi bacarmaq lazımdır. Ayxan Abbasov sağ olsun, gəncləri cəlb edib. Məncə, böyük turnirlərdə, yarışlarda nə qədər tez iştirak etsən, daha yaxşıdır.

    – “Barselona”nın Azərbaycanda akademiyası olacaq. Bu klubla kompleks əməkdaşlıq düşünülür?

    – Bu haqda söhbət olmadı. Sadəcə, öz fikirlərimi dedim. Şəraitimiz elə deyil ki, onlar kimi olaq. Onların akademiyaları, bazaları çox böyükdür. Çoxlu meydançaları var. İşlərdən düzgün yararlanmaq üçün onlarım metodlarından istifadə etmək lazımdır. Biz hələ böyük futbolu hiss etməyə yeni başlamışıq. “Barselona”nın Bakıda belə layihəsi bizim futbol üçün faydalı olacaq. Uzunmüddətli iş rejimi olmalıdır. Müəyyən sistem qurulmalı və işlər görülməlidir.

    – Bu gün meydana buraxdığınız heyət kuboka çox ciddi yanaşdığınızı göstərir…

    – Həmişə ciddi olmuşuq. Olmasaq, finala gəlməzdik. Qarşımızda istəkli komanda var. Müəyən hazırlıqlarımız var. Bəzi oyunçulara istirahət verdik. Kuboku qazanmaq istəyirik. Necə olacağını görəcəyik.

    – Benziya hələ də klubdakı gələcəyi ilə bağlı qərarını verməyib. Durum nə yerdədir?

    – Benziya üçün bütün təklifləri etmişik. Qalıb qərarını verməsi. Buna baxmayaraq, həmin mövqeyə axtarışdayıq. Aktiv danışıqlarımız var. Qalacaq, çox yaxşı. Ola bilər karyerasını başqa yerdə davam etdirmək istəsin. Futbolçularımızın yaxşı olmasını istəyirik. Gedəcək futbolçular ola bilər. İndiki məqamda finala hazırlaşacağıq. Çempionlar Liqasına II təsnifatdan başlamağımız faydalı olacaq. Bəzi qərarlar verəcəyik. Gedənlər ola bilər. Gələnlər də vacibdir. Əsas odur, istədiyimiz sayda oyunçu gətirə bilək.

    – Belə fikir var ki, komanda ÇL-ə I təsnifatdan başlayanda daha uğurlu olur....

    – Futbolçuların istirahətə ehtiyacı var. I təsnifatdan başlasaydıq, tələsə bilərdik. 1 aya yaxın vaxtımız olacaq və işlərimizi görməyə çalışacağıq.

    – Yeni mövsümdə legioner limiti ləğv olunacaq. Planınızda legioner balansı olduğu kimi qalacaq?

    – Mənimçün yerli və ya legioner fərqi yoxdur. Tələbimi yerinə yetirən oyunçu vacibdir. Hansı daha yaxşı olsa, ona üstünlük verəcəyəm. Qruplara düşsək, keyfiyyətli və geniş heyət olmalıdır. Nəticə vermək üçün ehtiyatda da oyunçularımız olmalıdır.

    – Abubakar və Manfredasın adı “Qarabağ”la hallanır…

    – Bu oyunçularla danışıqlar olmayıb.

    – Son 1 ildə klubun akademiyasında irəliləyiş görünür. Gələcəkdə akademiyaya dəstək arta bilərmi?

    – Ola bilər, olmalıdır. Azərbaycan futbolunu yaxşılaşdırmaq istəyiriksə, öncə, akademiyadan başlamalıyıq. İllərdir bu haqda danışılır. İnfrastruktur olmalıdır. Bu gün yaxşı, ağıllı məşq keçim, amma olduqları yer keyfiyyətsizdirsə, faydası olmayacaq. Şərait olmayandan sonra futbol oynamaq çətin olacaq. “Barselona” deyəndə topa sahibolma, texnika deyəndə Messinin fintləri ağla gəlir. Ancaq bu deyil. Texnika düzgün ötürmə, mövqe seçimidir. İnfrastruktur baxımından orta klublar bizdən üstündür. Məsələn, Serbiyanın, Macarıstanın klublarının bazasına baxsaq, şəraiti görərsiniz. Əvvəl şərait hazırlamalı, sonra öz kadrlarımıza üstünlük verməliyik. Rəhbərliklə sıx danışıqlarımız olur. Onları da başa düşürəm. Görünməyən çoxlu xərc var. Hələ tam gəlir əldə edə bilmirik. Biletlərdən, forma satışlarından, atributlardan… “Barselona”nın akademiyasında həftənin bir günü valideynlər üçün məşq açıq olur. Nə qədər valideyn məşqə baxır. Ancaq qalan 6 gün heç bir valideyn bazaya daxil ola bilmir. İnsanları futbola cəlb etməliyik. Çoxlu nüanslar var. Biz daha çox irəli getmək istəyirik, amma hazırıqmı? Aşağılardan möhkəm sistem qurmalıyıq.

    – Azərbaycanı neçə faiz futbol ölkəsi saymaq olar? Və ya 5 ballıq şkalada neçə verərsiniz?

    – Azərbaycan idman ölkəsidir. Buradan futbolçu da, çıxır, güləşçi də, boksçu da. Atletika üzrə dünya çempionumuz olubsa, deməli çıxır. Balla desək, 3-4 olar, amma indi bundan aşağıyıq.

    Futbol

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    Futbol

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01
    Futbol

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26
    Futbol

    Millimiz Tacikistana çətinliklə qalib gəldi

    23.09.2026 21:57:17
    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Minifutbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Estoniyaya sərfəli məğlubiyyət yox, qələbə üçün gedəcəyik" - "Neftçi"nin baş məşqçisi

    23.09.2026 23:44:07

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31

    Millimiz Tacikistana çətinliklə qalib gəldi

    23.09.2026 21:57:17

    "Səfərə qalib gəlmək üçün gedəcəyik" - Konstantinos Vasiliadis

    23.09.2026 21:50:19

    Fərhad Rəcəbli dünya 3-cüsü oldu

    23.09.2026 21:28:44

    Yunanıstan üzərində qələbə, Ermənistana məğlubiyyət

    23.09.2026 21:00:49

    "Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə başladı

    23.09.2026 20:54:09

    Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib

    23.09.2026 20:39:24

    “Birbaşa Bakı” Çempionlar Liqasına qələbə ilə başladı

    23.09.2026 20:17:08

    Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib

    23.09.2026 19:34:17

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved