SOCAR-la Sərgən Yalçın arasında bir müddətdir aparılan danışıqlar yenidən dayanıb.
Prosport.Az xəbər verir ki, yaxınlarda Bakıya səfər edən türkiyəli məşqçinin “Neftçi”nin sükanı arxasına keçmək ehtimalı sıfır həddinə enib.
“Ağ-qaralar”la maliyyə şərtlərində ortaq məxrəcə gələ bilməyən 51 yaşlı mütəxəssis gözünü İngiltərəyə dikib. “Beşiktaş”ın sabiq çalışdırıcısının gözü hazırda “Hall Siti”dədir.
Qeyd edək ki, Çempionşipdə mübarizə aparan bu klubun sahibi türkiyəli məşhur iş adamı Acun İlıcalıdır. Sərgən Yalçının onunla yaxın münasibətləri var.

