"Qarabağ" Misli Premyer Liqasının sonuncu - XXXVI turunda səfərdə "Şamaxı"ya qalib gəlib.
Prosport.Az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matçda "köhlən atlar" minimal hesablı qələbəyə sevinib.
Yeganə qolu 86-cı dəqiqədə Emmanuel Addai rəqibin qapısından keçirib.
Ölkə çempionluğunu rəsmiləşdirən Ağdam təmsilçisi mövsümü 89 xalla başa vurub. 36 xala malik "Şamaxı" isə 7-ci sırada yer alıb.
Qeyd edək ki, turun açılış oyununda "Sumqayıt" səfərdə "Səbail"ə 4:1 hesabı ilə qalib gəlib. Tura mayın 25-də yekun vurulacaq.

