"Sabah"ın futbolçusu Rauf Rüstəmli yeni mövsümə də "Şamaxı"da başlaya bilər.
Prosport.Az sportal.az-a istinadən xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov gənc yarımmüdafiəçini sərəncamında görmək istəyir.
Buna görə də, artıq tərəflər arasında danışıqlar başlayıb. "Şamaxı" "Sabah"a müraciət edərək, Rüstəmlini daha bir il icarəyə götürməyə cəhd göstərəcək.
Milli komandaya da dəvət edilən yarımmüdafiəçinin "Şamaxı" ilə icarə müqaviləsi gələn ayın sonunda başa çatacaq.

