Azərbaycanın 1 klubla təmsil olunacağı UEFA Avropa Liqasında I təsnifat mərhələsinin daha 3 iştirakçısı dəqiqləşib.
Prosport.Az xəbər verir ki, “Partizan” (Serbiya), “Levski” (Bolqarıstan) və “Priştina” (Kosovo) qitənin 2-ci dərəcəli klub turnirində mübarizə aparacaq.
Serbiya təmsilçisi püşkatmada səpələnmişlər sırasında yer alacaq. Digər 2 komanda isə səpələnməyəcək. Bu isə o deməkdir ki, “Partizan” yenidən Azərbaycan klubuna mümkün rəqib olacaq. Bu turnirdə ölkəmizi ya “Zirə”, ya da “Sabah” təmsil edəcək.
Qeyd edək ki, "Partizan" 2012/13 və 2014/15 mövsümündə UEFA Avropa Liqasında "Neftçi"yə, 2023/2024 mövsümündə UEFA Konfrans Liqasında "Sabah"a rəqib olub.

