Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Oynamayan futbolçu toplanışa dəvət almayacaq" - Fernandu Santuş
    23.05.2025 16:44:22

    Azərbaycan milli komandasının baş məşqççisi Fernandu Santuşun mətbuat konfransı keçirilib.

    Prosport.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

    - Qarşıdakı iki oyundan gözləntiləriniz nədir? 

    - Gözləntilər həmişə olduğu kimi, yaxşı məşq etmək, hazırlaşmaq və qalib gəlməkdir.

    - Elə futbolçu oldu ki, yığmaya dəvət etmək istədiniz, ancaq tərəddüd etdiniz?

    - Əlbəttə, bəzi oyunçular var ki, istəyərdim dəvət edim, amma zədəli olduqları üçün alınmadı. Bunlar Coşqun Diniyev, Anton Krivotsyuk, Mustafaza Əhmədzadə, Amin Seydiyev və Aleksey İsayevdir. Bundan əvvəlki toplanışda Ramil Şeydayevlə Ozan Can Kökçü də dəvət edilmişdi. Son oyunlarda klublarında mütəmadi oynamırlar. Ona görə də çağırılmayıblar. Oynamayan futbolçu toplanışa dəvət almayacaq. Gələcəkdə mütəmadi oynasalar, yenə də millinin qapısı onlara açıqdır. 

    - Mətbuatda yayılan xəbərlərə görə, milli komanda qarşıdakı iki oyunda uduzsa, kreslonuz laxlayacaq...

    - Bu, mənim problemim deyil. Sadəcə, gəzən söz-söhbətlərdir. Necə vacab verəcəyimi bilmirəm. Bu məsələyə AFFA rəhbərliyi baxır.

    - Sizin gəlişinizdən sonra millidə hansı istiqamətdə inkişaf olub? Nəticələr bəllidir, oyun sarıdan da nəsə görünmür...

    - Bu layihə uzun yoldur. Bir çox oyunçu bizimlə toplanışda olub, bizi tanıyır. Öz yolumuzla davam etməliyik. Uğuru bu yolun davamında görürəm.

    - Premyer Liqamızın səviyyəsini 10 ballıq şkala ilə necə ölçərsiniz?

    - Ümumi çempionata neçə bal verərəm? "Qarabağ"ın hansı səviyyədə oynadığını bilirik. Amma ümumi çempionata 10 ballıq şkala ilə "5" verərdim. Hər komandanın baş məşqçisi çalışır ki, qarşıya qoyulan məqsədə nail olsun. 10 komandadan 3-4-ü yuxarı yerlər uğrunda mübarizə aparır.

    - Vüsal İsgəndərlini niyə milliyə dəvət etmirsiniz?

    - Millinin heyətinə 25 oyunçu dəvət oluna bilər. 55 oyunçu çağıra bilmərik. Vüsal İsgəndərli klubunda bəzən sağ cinah müdafiəçisi kimi çıxış edir. 

    - Klubunda mütəmadi oynamayanı milliyə dəvət etməyəcəyinizi bildirdiniz. Nəzərə alsaq ki, yeni mövsümdən legioner limiti olmayacaq. Onda milliyə məcbur qalıb mütəmadi oynamayanları çağıracaqsınız?

    - Biri var, klubunda 5-10 dəqiqə oynayasan, biri də var ki, davamlı olaraq iştirak ərizədində olmursan, ehtiyatda oturursan. Mən bu oyunçuları nəzərdə tuturdum. Hərənin öz klubu var, hər bir məşqçinin də qərarına hörmətlə yanaşıram. Hansısa məşqçi bir futbolçunun oynamasına, digərinin oynamamasına qərar verir. Əgər söhbət millidən gedirsə, bura dəvət olunan futbolçunun oyun praktikası olmalıdır. Bizim əlimizdə xaricdə oynayan elə də çox oyunçu yoxdur. Var, amma çox azdır. Biri Renat Dadaşovdur. Milliyə dəvət alan futbolçular mütəmadi oynamalıdırlar. Gəlin, gözləyək. Qarşıdakı çempionatda vəziyyət necə olacaq, ondan sonra bu haqda danışarıq. Mən də istəyərdim ki, yerlilər daha çox oynasın. Premyer Liqaya 2 komanda da da gələcək.

    - Mövsüm başa çatdıqdan sonra milli üzvləri çox da istirahət etməyəcək. Onları necə motivasiya edəcəksiniz?

    - Ümid edirəm ki, bu, onların motivasiyalarına pis təsir etməz. Biz ayın 27-də toplanışa başlayacağıq. Cədvəli elə qurmuşuq ki, gündəlik 1 məşq olsun və futbolçular ailələri ilə çox vaxt keçirsinlər. Kubokun finalında oynayacaq oyunçulara 3 gün istirahət veriləcək. Ailələri ilə vaxt keçirdikdən sonra bizə qoşulacaqlar. Əgər sənin milli ruhun, milliyə sevgin varsa, ora hər zaman motivasiya ilə gedəcəksən. Harada çalışmışamsa, oyunçular milliyə motivasiya ilə gəliblər. Oyunçularımı bir müddətdir tanıyıram, onlara güvənirəm. İnanıram ki, milliyə gələndə sevinirlər. 

    - Yekun olaraq, optimal heyəti nə vaxt formalaşdıracaqsınız?

    - Milliyə 25 oyunçu dəvət edilir. Əksəriyyəti eyni oyunçulardır. Mən Millətlər Liqasının qalibi olmuşam.

    - Gənc həmkarımıza əsəbiləşdiniz. Sizə güvənirik, amma nəticə yoxdur...

    - Xeyr, əsəbiləşməmişəm. Yoldaşlıq görüşləri odur ki, oyunçuları yoxlayaq. Hər dəfə toplanışlara yeni oyunçular cəlb olunmalıdırlar ki, millinin ab-havasını hiss etsinlər. Onların gələcəkdə millidə oynamaq imkanı olub-olmamasını görərsən. Eyni şey Yunanıstanda, Portuqaliyada da baş verdi. Hazırda Portuqaliya millisində oynayanların çoxu 18-19 yaşlarında mənim dəvət etdiklərimdir. Eyni şey Yunanıstanda da oldu.

    - Şahruddin Məhəmmədəliyev "Qarabağ"da demək olar ki, oynamır. Amma onu milliyə dəvət edirsiniz. Azərbaycanda elə gənc qapıçı yoxdur ki, indidən ona etibar edəsiniz?

    - Qapıçı futbolda ən spesifik mövqedir. Qapıda biz az rotasiya edirik. Son toplanışda Şahruddin zədələndi və Əlirza Müştəbəzadəni milliyə dəvət etdik. Rza Cəfərov var, perspektivi olan qapıçıdır. Şahruddin də təcrübəli qapıçıdır və düşünürəm ki, təcrübəsi ilə yanındakılara kömək edəcək.

    Futbol

    Avropa və dünya çempionu üçün Bakıda ikiqat əlamətdar oyun

    25.11.2026 14:13:05
    Futbol

    "Bakıda olmaqdan məmnunuq" - Xoan Laporta

    25.11.2026 13:46:38
    Futbol

    "Şəfa"da klubdaxili iclas: Baş məşqçi ilə bağlı qərar verildi

    25.11.2026 13:16:11
    Futbol

    "Məğlub olsaq, qətiyyən forma istəməyəcəyəm" - Stiv Solve

    25.11.2026 12:43:14
    Futbol

    "Sabah" - "Barselona": Təxmini "11-lik"lər

    25.11.2026 12:15:10
    Futbol

    "Barselona"nı məğlub edə bilərik" - "Sabah" cəbhəsindən iddialı açıqlama

    25.11.2026 11:12:47
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Avropa və dünya çempionu üçün Bakıda ikiqat əlamətdar oyun

    25.11.2026 14:13:05

    "Bakıda olmaqdan məmnunuq" - Xoan Laporta

    25.11.2026 13:46:38

    "Şəfa"da klubdaxili iclas: Baş məşqçi ilə bağlı qərar verildi

    25.11.2026 13:16:11

    "Məğlub olsaq, qətiyyən forma istəməyəcəyəm" - Stiv Solve

    25.11.2026 12:43:14

    "Sabah" - "Barselona": Təxmini "11-lik"lər

    25.11.2026 12:15:10

    Cüdo məşqçilərinin peşəkar inkişafı üçün xüsusi proqram

    25.11.2026 11:40:17

    "Barselona"nı məğlub edə bilərik" - "Sabah" cəbhəsindən iddialı açıqlama

    25.11.2026 11:12:47

    "Barselona"ya qarşı oynamaq hər futbolçu üçün arzudur" - "Sabah"ın futbolçusu

    25.11.2026 10:52:44

    "Turan" Çempionlar Liqasının qrup mərhələsində mübarizəyə başlayır

    25.11.2026 10:24:05

    Çempionlar Liqası: "Sabah" "Barselona" qarşısında möcüzə axtarışında

    25.11.2026 10:00:18

    "Turan"ın Çempionlar Liqasındakı ev oyunlarının məkanı və vaxtı bilindi

    25.11.2026 09:27:18

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved