"Neftçi" baxışa yeni futbolçu dəvət edib.
Prosport.Az sport24.az-a istinadən xəbər verir ki, bu, Haitinin "Vyolett" komandasında çıxış edən Jan-Fabris Vedrindir.
23 yaşlı yarımmüdafiəçi üç həftə "ağ-qaralar"ın təlim-məşq toplanışında olacaq.
Bakılılar haitili oyunçunu bəyənəcəyi təqdirdə onunla müqavilə imzalanacaq.
Qeyd edək ki, Jan-Fabris Vedrin karyerası ərzində yalnız "Vyolett"də oynayıb.

