"İnter"in və Xorvatiya millisinin yarımmüdafiəçisi Marselo Brozoviç "Əl-Nəsr"ə transfer olunub.
Prosport.Az xəbər verir ki ,bu barədə Səudiyyə Ərəbistanı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
30 yaşlı oyunçu üçün klub 18 milyon avro təzminat ödəyəcək. Brozoviç isə 3 illik imzaladığı müqaviləyə əsasən, ilinə 30 milyon avro qazanacaq.
Qeyd edək ki, Brozoviç 2015-ci ildən "İnter"də çıxış edirdi. O, ötən mövsüm 40 oyunda meydana çıxıb, 3 qol vurub və 6 qolun ötürməsini verib.
Xatırladaq ki, "Əl-Nəsr"də Kriştiano Ronaldo da oynayır.

