Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransının vaxtı müəyyənləşib.
Prosport.Az xəbər verir ki, tədbir mayın 23-də təşkil olunacaq.
AFFA-nın inzibati binasında baş tutacaq konfrans saat 16:00-da start götürəcək. Portuqaliyalı mütəxəssis iyunda Latviya və Macarıstana qarşı keçiriləcək yoldaşlıq görüşlərinin heyətini açıqlayacaq.
Qeyyd edək ki, iyunun 7-də Riqada yerləşən “Skonto” stadionunda Latviyanın qonağı olacaq millimiz üç gün sonra “Liv Bona Dea Arena”da Macarıstanı qəbul edəcək.

