İtaliya nəhəngi "Yuventus" son mövsümü icarədə keçirən 3 futbolçusu Makkenni, Artur və Zakariyaya görə yay transfer pəncərəsində 50 milyon avro qazanc əldə etmək niyyətindədir.
Prosport.Az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder Fabritsio Romano verib.
Qeyd edək ki Makkenni son mövsümü icarə əsasında "Lids", Artur "Liverpul", Zakariya isə "Çelsi"də çıxış edib.

