Ukraynanın "Şaxtyor" (Donetsk) komandasının qapıçısı Andrey Pyatov peşəkar karyerasını başa vurub.
Prosport.Az-ın məlumatına görə, bu barədə Donetsk təmsilçisinin baş direktoru Sergey Palkin klubun rəsmi saytına açıqlama verib.
O, 39 yaşlı qolkiper üçün vida matçı təşkil edəcəklərini bildirib: "Böyük ehtimalla, bu oyun avqustun 6-da Londonda "Tottenhem"ə qarşı olacaq".
Həmçinin, Pyatova "Şaxtyor"da qapıçılar üzrə məşqçi vəzifəsi təklif olunub.
Qeyd edək ki, Ukrayna millisinin sabiq üzvü 2007-ci ildən Donetsk komandasının şərəfini qoruyurdu. O, bu klubun heyətində 482 görüş keçirib.

