Yeni mövsümə hazırlıqlarını davam etdirən "Qəbələ" və "Sabah" bu gün yoldaşlıq oyununda üz-üzə gəliblər.
Prosport.Az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən oyun məhsuldar bərabərliklə başa çatıb 2:2.
Xatırladaq ki, hər iki komanda Azərbaycanı Konfrans Liqasında təmsil edəcək. "Qəbələ" 2-ci mərhələdə Kiprin "Omoniya" klubuilə qarşılaşacaq. "Sabah" isə "Makedoniya" (Şimali Makedoniya) - RFŞ (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.
3 iyul
Yoxlama oyunu
"Qəbələ" - "Sabah" - 2:2
Qollar: Davit Volkov, 13 (0:1), Sofyon Şakla, 18 (0:2), Ahmed Ayzaya, 23 (1:2), Murad Musayev, 55 (2:2)

