Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Hamısı "Azərsun"un, klubun pullarıdır" – Qurban Qurbanov
    18.05.2025 21:53:12

    Misli Premyer Liqasının XXXV turunun “Qarabağ” – “Kəpəz” oyunundan (3:0) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Futbolçularıma təşəkkür edirəm. Çox faydalı, keyfiyyətli oyun oldu. Bir neçə tur əvvəl çempion olsaq da, bu gün bunu daha çox hiss etdik. Uşaqlar haqq etdikləri medallara bu gün qovuşacaqlar. Bizim üçün çox xoş gündür. Futbolçularımı ürəkdən təbrik edirəm. Stadiona gələn hər azarkeşə təşəkkür edirəm.

    – Nəriman Axundzadənn müdafiənin sol cinahında oynaması nə ilə bağlı idi?
    – Millilərdə oynayan 6-7 futbolçuya istirahət vermişdim. Məşqlərdən də onları azad etmişdim. Çünki onlar milliyə yollanacaqlar. Həm azərbaycanlılar, həm də legionerlər var. Sistemdə bir az dəyişiklik etmişdim. Nərimana sol hücumçusu kimi də tapşırıq verilmişdi. Bəzən müdafiəyə kömək edirdi. Proqramımıza görə, belə dəyişikliyə əl atmışdıq.

    – Legioner limiti yığışdırıldıqdan sonra daha çox əcnəbiyə şans verəcəyinizi gözləmək olardı. Amma bu gün gənc oyunçuya da şans verdiniz. “Qarabağ” gənc, perspektivli oyunçulardan əl çəkməyəcək?
    – Həmişə bacarıqlı yerli oyunçulara şans vermişik. Yaxşıdırsa, meydana buraxırıq. İstənilən futbolçu üçün şərait yaradılır ki, əsas komandada məşq etsin, oynasın. Hikmət Cəbrayılzadə son 10 gündür ki, əsas komandadadır. Aftandil Hacıyev onun və Amin Rzayev haqda məlumat vermişdi. Biz şərait yaradırıq. Fərqi yoxdur legioner limiti olacaq, ya yox. Çox istəyərdim ki, meydandakı dəqiqələri daha çox olsun. Son vaxtlarda bəlkə bizdə çətin olar. Çempionuq, lider komandayıq, bizdən tələblər də çoxdur. Rotasiya etməyə vaxtımız olmur. O da ayrıca fəlsəfədir. İllər əvvəl belə hallar olub. Nəticədən asılı olmayaraq, yerlilərə üstünlük vermişik. avrokuboklarda 10 azərbaycanlı ilə oynamışıq. Özümüz də, Azərbaycan futbolu da bunun faydasını görüb. Biz daim onları möhkəmləndirməyə çalışırıq. Böyük futbol oynamaq üçün daha dözümlü olmalıdırlar. Şərait yaradacağıq. Hikmətə ona güvənimiz olduğunu göstərdik. Öz üzərində çox çalışmalıdır. Fiziki gücünü və faydalı iş əmsalını artırmalıdır. Belə uşaqlar görəndə, həm sevinirəm, həm də məyus oluram. Onlara daha çox şərait yarada bilmirəm. Bəzən fikirləşirəm ki, hər şeyi kənara qoyub gənclərlə çalışasan. Ancaq bəzi məsuliyyətlər var. Klub olaraq onu da qoruyub-saxlamalıyıq. İmkan olduqca, belə oyunçulara şans verəcəyik.

    – “Qarabağ”ın illik maliyyə hesabat açıqlandı. Sponsor gəliriniz az görünürdü. Sizcə, sponsorun ödənişi az deyil? Baş sponsora görə məbləğ kifayət qədər azdır..
    – Orada elə görünür. Amma ümumən gələn pullar hamısı “Azərsun”un, klubun pullarıdır. Oradan 10 milyon yox, 5 milyon gəlirsə, onu sponsordan götürə biləcəyik. Lazım olduqca, büdcəni götürürük. Hər il belə olmur. Təkcə Avropadan gələn pul yoxdur, futbolçu satışından da pul gəlir. Lazım olduqca, sponsorlarla dil tapacağıq.

    – Juninyunu icarəyə götürmək istəyərsiz?
    – Hələ belə məlumat və söhbət yoxdur. Buradan gedən futbolçu olsa belə, bizə faydalı olacaqsa, onun geri qayıtmasına yox deməmişik. Juninyunun “Flamenqu"da işi bu gün yaxşı getmirsə, bu o demək deyil ki, belə davam edəcək. Onunla son dəfə zədə aldığı vaxtda danışmışdıq. Onun oyunlarını izləyirəm. “Flamenqu” böyük klubdur. Juninyu ilə danışığımız olmayıb.

    – Bu mövsüm yaddaqalan nə oldu?
    – Çempionluğumuzun üzərinə bir çempionluq da gəldi. Avrokuboklarda bu ilimiz uğursuz sayılır, çox fikirlər söylənilirdi. Amma çempionatda yerimizi qoruyub-saxlaya bildik. Bəzi səhvlərimiz, formadan geridə qaldığımız vaxtlar oldu. Bəzi futbolçularla dialoq hesabına komandanı ələ ala bildik. Çempionat və kubokda qaldıq. Hər çempionluq bizim üçün yaddaqalandır. Xeyli rotasiyalar etdik.

    – İcarədə olan futbolçulardan kimsə geri qayıdacaq?
    – Bu barədə futbolçularla və klublarla danışmamışıq. Mövsümün sonuna qədər bu barədə məlumat veriləcək.

    – Çempionatımızın səviyyəsi yüksəlib, yoxsa aşağı düşüb?
    – Biz heç vaxt aşağı düşməsi barədə düşünmürük. İldən-ilə insan faktoru dəyişir, elm inkişaf edir. Ayrı-ayrılıqda fərdi planda bəzi futbolçuların səviyyəsi aşağı düşürsə, iş rejimi artır. Çox nadir oyunlar olub ki, çox rahat qalibiyyət əldə etmişik. Hər oyunda çətinlik var. Düşünmürəm ki, çempionatın səviyyəsi aşağı düşüb. Premyer Liqanın oyunlarının keyfiyyəti süni örtüklü meydançlardakı oyunlarda aşağı düşür. Özü də, günorta saatlarında oynayırıqsa… Yerli məşqçilər nə qədər inkişaf edib. Oyunlarda hiss edirəm. Bizə qarşı sistemlər təşkil edirlər, bizi əks-hücumlarda tururlar. Bu mövsüm mənim üçün faydalı oldu. Hər bir məşqçinin, komandanın irəliləyişini görürəm, nəinki əksini.

    Futbol

    "Zirə"nin Sumqayıtdakı oyununu idarə edəcək hakim zədələndi

    27.07.2026 14:17:43
    Akademiya

    İlham Əliyevdən Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı sərəncam

    27.07.2026 13:43:34
    Futbol

    Mahir Emreli Polşa çempionatına məğlubiyyətlə başladı

    27.07.2026 13:15:44
    Futbol

    “Qarabağ”ın sabiq qapıçısı Superliqa klubunda

    27.07.2026 12:55:16
    Futbol

    CV ilə milliyə məşqçi təyinatı olar? - YAZI

    27.07.2026 12:17:33
    Futbol

    Azərbaycan klubu 9 illik baş məşqçisi ilə vidalaşdı

    27.07.2026 11:45:45
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Bu il Bakıda güləşin daha bir dünya çempionatı keçiriləcək

    27.07.2026 14:20:23

    "Zirə"nin Sumqayıtdakı oyununu idarə edəcək hakim zədələndi

    27.07.2026 14:17:43

    İlham Əliyevdən Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı sərəncam

    27.07.2026 13:43:34

    Mahir Emreli Polşa çempionatına məğlubiyyətlə başladı

    27.07.2026 13:15:44

    “Qarabağ”ın sabiq qapıçısı Superliqa klubunda

    27.07.2026 12:55:16

    CV ilə milliyə məşqçi təyinatı olar? - YAZI

    27.07.2026 12:17:33

    Azərbaycan klubu 9 illik baş məşqçisi ilə vidalaşdı

    27.07.2026 11:45:45

    "Samtredia"nın sabiq futbolçusu I Liqa klubunda

    27.07.2026 11:23:29

    "Turan Tovuz"un Ankarada 2-ci sınağı

    27.07.2026 10:54:02

    Millimiz Avropa çempionatına Afinada hazırlaşacaq

    27.07.2026 10:26:12

    Bakıda dünya çempionatı start götürür

    27.07.2026 10:00:58

    14 il sonra Bakıda keçirilən 2-ci dünya çempionatı – Bildiklərimiz, bilmədiklərimiz

    27.07.2026 09:00:52

    Azərbaycanda Avropa Cüdo Ümidləri turniri başa çatdı

    27.07.2026 00:59:37

    Bakıda ABŞ ictimai birliyi ilə memorandum imzalandı – FOTO + VİDEO

    26.07.2026 23:55:01

    Dünya çempionatında güləşçilərimizin ilk rəqibləri bilindi

    26.07.2026 23:23:06
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved