Ötən mövsümün sonunda "Zirə"dən ayrılan Nemanya Ancelkoviç Rusiyanın "Akron" komandasına keçib.
Prosport.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı müdafiəçi I Liqa təmsilçisi ilə uzunmüddətli müqavilə imzlayıb. Sözləşmənin detalları barədə məlumat verilməyib.
26 yaşlı oyunçu yeni komandasında da elə 26 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Nemanya Ancelkoviç 2021-ci ilin yanvarından "Zirə"nin şərəfini qoruyurdu.

