Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Əksi olsaydı, eynisini biz də edərdik" - Rəşad Sadıqov
    17.05.2025 20:08:59

    "Zirə" Misli Premyer Liqasının XXXV turunda öz meydanında "Sabah"la 1:1 hesablı heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqiv matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    - Hər iki komandanın futbolçularına təşəkkür edirəm. Futbol oynamağa çalışırdılar. İkinci yeri təmin etsək də, oyuna tam gücümüzlə hazırlaşmışdıq. Nəticədən çox, oyun bizim üçün vacib idi. İkinci hissədə daha çox tələb etdiyim oyunu gördüm. Üstün tərəf biz idik. Faydalı, səmərəli 90 dəqiqə keçirdik. Oyunçularımdan razıyam.

    - İki il bundan qabaq daha çox “Qəbələ”nin oyunçularını heyətinizə qatmışdınız. Ötən mövsüm “Kəpəz”dən ayrılan oyunçuları götürdünüz. Bu mövsüm hədəfdə hansı komandadır?

    - Bütün komandaların müqavilələri bitmiş oyunçularını nəzərdə saxlayırıq. Seleksiyamızda belə oyunçular var. Sırf hansısa komandadan oyunçu götürmək hədəfimiz yoxdur. Bəyəndiyimiz futbolçunu götürmək istəyirik. Bəyəndiklərimiz çoxdur. Hansı mövqelərə ehtiyac varsa, çempionatımızda müqaviləsi bitmiş oyunçulardan götürmək istəyərik.

    - 71 xal yığmağınızda “Qarabağ”ın rolu nə dərəcədə var? Rəqibləriniz meydança tapmayanda, “Qarabağ” sizin üçün şərait yaradırdı…

    - Təbii olaraq, “Qarabağ”a böyük təşəkkür edirik. Bakı komandaları hərə bir yolla prblemi çözməyə çalışırdı. Bizim də qaldığımız otel Suraxanı meydançasına yaxındır. “Neftçi” rəhbərliyinə də təşəkkür edirəm. Bir neçə məşqi orada keçirdik. Əminəm ki, əksi olsaydı, eynisini biz də edərdik. Futbolçu yoxluğunu həll etmək olar, meydança yoxluğunu həll etmək mümkün deyil. Hər iki kluba təşəkkür edirəm. Ciddi problemdir. Ümidvaram ki, gələn mövsümdən problem aradan qalxacaq. Biz də istəyirik, öz bazamız olsun. Çətindir, böyük maddiyyat tələb edir. Çlaışacağıq ki, bunu həll edək.

    - Əvvəllər deyilirdi ki, baza üçün yer var. O, məsələ nə yerdədir?

    - Biz o yeri götürmüşük, alınıb. Orada böyük baza inşa etmək istəyirik. Bu və ya növbəti sezon həll etməyə çalışırıq. 

    - Kubokun finalında “Qarabağ”ın udmasını arzulayacaqsınız?

    - Bizim yerimizdə kim olsa, Avropa Liqasına getmək istəyər. “Sabah”ın da, “Neftçi”nin də avrokuboklarda olmasını istəyərəm. "Turan Tovuz" və "Araz-Naxçıvan" da layiqdir. Bu mövsüm avrokuboklarda oynamağa layiq komandalar çoxdur. İlk növbədə gözəl futbola azarkeşlik edəcəyəm. Avropa Liqasına getmək istəyərik. Orada bir oyun uduzmaq imkanın var. Amma “Sabah”ın da avrokuboklarda olmasını istəyərdim.

    - Deyəsən, müqaviləniz başa çatır. Danışıqlar olub?

    - Heç bir danışıq olmayıb. Rəhbərlik nə qədər istəyirsə, bu komandada olacağam. Bu komandaya gəlməkdə əsas məsələ də rəhbərliyin istəyi idi. Müəyyən planlar var, onları müzakirə etməmişik. Yaxın vaxtlarda danışacağıq.

    Futbol

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    Futbol

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01
    Futbol

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26
    Futbol

    Millimiz Tacikistana çətinliklə qalib gəldi

    23.09.2026 21:57:17
    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Futbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Estoniyaya sərfəli məğlubiyyət yox, qələbə üçün gedəcəyik" - "Neftçi"nin baş məşqçisi

    23.09.2026 23:44:07

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31

    Millimiz Tacikistana çətinliklə qalib gəldi

    23.09.2026 21:57:17

    "Səfərə qalib gəlmək üçün gedəcəyik" - Konstantinos Vasiliadis

    23.09.2026 21:50:19

    Fərhad Rəcəbli dünya 3-cüsü oldu

    23.09.2026 21:28:44

    Yunanıstan üzərində qələbə, Ermənistana məğlubiyyət

    23.09.2026 21:00:49

    "Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə başladı

    23.09.2026 20:54:09

    Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib

    23.09.2026 20:39:24

    “Birbaşa Bakı” Çempionlar Liqasına qələbə ilə başladı

    23.09.2026 20:17:08

    Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib

    23.09.2026 19:34:17

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved