Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bu büdcə ilə yüksək hədəf olmur" - Ayxan Abbasov
    17.05.2025 19:39:06

    Misli Premyer Liqasının XXXV turunun “Şamaxı” – “Araz-Naxçıvan” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – İstəyimiz liqada qalmaq idi və bacardıq. Mövsümü uğurlu saymaq olar. Rəqibi təbrik edirəm, onlar üçün yaxşı il keçdi. Gələcəyə baxmalıyıq. Son oyunlarda gənclər, az oynayanlar meydanda olur. Son oyun qalıb. Çempionatın bitməsini səbirsizliklə gözləyirəm. Növbəti mövsümü düşünəcəyik.

    – Yaxşı komanda qurdunuz. Görünən də odur ki, bir çox futbolçunuzu istəyənlər var. Nə fikirləşirsiniz?

    – Bəzi legionerlərin müqaviləsi var. İbrahim Konate “Zirə”yə keçdi, Bakiçlə də yollar ayrılıb. Yeni transferlər olacaq. Bir aydan çoxdur, iş gedir. İnanıram ki, burda qalsam, növbəti mövsüm iddialı olacağıq.

    – Qalsanız, hədəf nə olacaq?

    – Büdcəyə baxmaq lazımdır. Real olmalıyıq. Bu büdcə ilə yüksək hədəf olmur. Cəhdlər edəcəyik, nə dərəcə alınacaq, görəcəyik. Bunlar büdcədən asılıdır.

    – Adınız “Sabah”la hallanır. Nə dərəcə realdır?

    – Sizdən eşidirəm. Bəzi çətinliklər var. İstədiyimiz olmasa, riskə getmərəm. Bəzi məsələləri həll etməliyik. Hər şey ola bilər.

    – Ən az büdcə sizdə olub. Bu büdcəylə yeni mövsümdə nəyə iddia etmək olar?

    – Mən də baxmışam. Hər şeyi büdcə ilə bağlamaq olmaz. Yeni mövsüm çətin olacaq. “Qəbələ”nin təcrübəsi var, iddialı olacaqlar. Üstəlik, yeni gələn komandalardan çox şey asılıdır. Hər şeyə hazır olmaq lazımdır.

    – Rəhbərlik yeni maliyyə dayağı axtarır?

    – Bəli, dayanmırlar, çalışırlar. Bu rəhbərliklə işləmək rahatdır, peşəkar işlər görülür. Hər şeyi turnir cədvəlinə bağlamaq lazım deyil. Futbolçunu yetişdirmək də lazımdır. Bu gün Rüfət Abbasov, Edqar kimi oyunçular çıxıb. Bəzi klublar milyonlar xərcləyir, amma iki futbolçu çıxara bilmir. İnanmaq lazımdır. İnanım, bu gün 15 gənc olsaydı, hamısını oynadardım. Bu gün debüt edən Cəfər ötən mövsüm “Səbail”in əvəzedici komandasında idi. İşləmək istəyirik, çəkilmirik.

    - Ayrılan legionerlər özləri getdi?

    – Bakiç süni örtüklü meydançaya görə əziyyət çəkirdi. Vasili ilə qarşılıqlı razılaşıb, ayrıldıq.

    – VAR-ın olmaması oyuna necə təsir etdi?

    – Sakit oyun keçdi. Məncə, VAR-a ehtiyac olmadı.

    Futbol

    "Sabah"la oyundan öncə gərginlik: Məşqə gecikdi, Fliki qəzəbləndirdi

    25.11.2026 14:39:20
    Futbol

    Avropa və dünya çempionu üçün Bakıda ikiqat əlamətdar oyun

    25.11.2026 14:13:05
    Futbol

    "Bakıda olmaqdan məmnunuq" - Xoan Laporta

    25.11.2026 13:46:38
    Futbol

    "Şəfa"da klubdaxili iclas: Baş məşqçi ilə bağlı qərar verildi

    25.11.2026 13:16:11
    Futbol

    "Məğlub olsaq, qətiyyən forma istəməyəcəyəm" - Stiv Solve

    25.11.2026 12:43:14
    Futbol

    "Sabah" - "Barselona": Təxmini "11-lik"lər

    25.11.2026 12:15:10
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah"la oyundan öncə gərginlik: Məşqə gecikdi, Fliki qəzəbləndirdi

    25.11.2026 14:39:20

    Avropa və dünya çempionu üçün Bakıda ikiqat əlamətdar oyun

    25.11.2026 14:13:05

    "Bakıda olmaqdan məmnunuq" - Xoan Laporta

    25.11.2026 13:46:38

    "Şəfa"da klubdaxili iclas: Baş məşqçi ilə bağlı qərar verildi

    25.11.2026 13:16:11

    "Məğlub olsaq, qətiyyən forma istəməyəcəyəm" - Stiv Solve

    25.11.2026 12:43:14

    "Sabah" - "Barselona": Təxmini "11-lik"lər

    25.11.2026 12:15:10

    Cüdo məşqçilərinin peşəkar inkişafı üçün xüsusi proqram

    25.11.2026 11:40:17

    "Barselona"nı məğlub edə bilərik" - "Sabah" cəbhəsindən iddialı açıqlama

    25.11.2026 11:12:47

    "Barselona"ya qarşı oynamaq hər futbolçu üçün arzudur" - "Sabah"ın futbolçusu

    25.11.2026 10:52:44

    "Turan" Çempionlar Liqasının qrup mərhələsində mübarizəyə başlayır

    25.11.2026 10:24:05

    Çempionlar Liqası: "Sabah" "Barselona" qarşısında möcüzə axtarışında

    25.11.2026 10:00:18

    "Turan"ın Çempionlar Liqasındakı ev oyunlarının məkanı və vaxtı bilindi

    25.11.2026 09:27:18

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved