Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Növbəti mövsüm Naxçıvanda oynamağa ümid edirik" - Elmar Baxşıyev
    17.05.2025 19:24:58

    Misli Premyer Liqasının XXXV turunun “Şamaxı” – “Araz-Naxçıvan” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – Ağır oyun alındı. Bilirdik ki, bizi nə gözləyir. Ümumi götürəndə mövsüm ərzində istədiyim oyunu və nəticəni gördüm. Naxçıvan adına sevindiricidir. Rəhbərliyi təbrik edirəm. Bizə inandılar. Komanda olaraq daha yaxşı ola bilərik. Konfrans Liqası haqda nəsə danışsam, tez olacaq. Gələcəklə bağlı qarşıdakı günlərdə görüş olacaq, planlar müzakirə olunacaq.

    – Konfrans Liqasında azı bir mərhələ keçmək üçün neçə transfer istəyəcəksiniz?

    – Rəhbərliklə görüşdə də bizi daha çox komandanın inkişafı maraqlandırırdı. Nəticə istəyirlər, amma daha çox komanda olaraq buna can atırdıq. Nəsə deyə bilmərəm. Hər şey ola bilər. Bəlkə mənim işim qane etməyə bilər. Buna da hazır olmalıyıq. Daha yaxşı, iddialı komanda formalaşdırmaq fikrimiz var.

    – Naxçıvan futbolu tarixində ilkə imza atdınlz. Bu qələbəni Naxçıvanda qeyd etmək fikriniz var?

    – Mənlik olsa, bu dəqiqə komandanı Naxçıvana apararam. Mənə aid sual deyil. Məsələ rəhbərlik səviyyəsində həll olunmalıdır. Öz şəhərimizdə oynasaq, daha çox üstünlük qazana bilərik. Növbəti mövsüm Naxçıvanda oynamağa ümid edirik.

    – Heyətlə bağlı planlar nədir?

    – Mən qarışıq hamının müqaviləsi bitir. Yalnız Ribeyronun müqaviləsi var. Əsas komandanı saxlamaq və əlavə oyunçularla gücləndirmək lazımdır. İstədiyim layihəni qəbul etsələr, davam edərik.

    – Bu medal məşqçi karyeranızda hansı yeri tutur?

    – Daha əvvəl “Qəbələ”də də yaxşı və pis nəticələrimiz olub. İnam olan yerdə məşqçi də iddiasını qoruya bilər.

    – Məyusluq var ki, potensialınıza görə ikinci ola bilərdiniz?

    – Xeyr. Mövsüm ərzində heyətlə bağlı çətinliklər yaşadıq. Daha güclü olmaq üçün heyət geniş olmalıdır.

    – Mövsüm ərzində çox çətinlik oldu, amma 3-cü yeri tutdunuz. Futbolçuları buna necə inandırdınız?

    – Uğurda daha çox pay sahibi futbolçulardır. Yaxşı xarakterə sahib kollektiv formalaşdırdıq. Onlar çətinliyə dözməyi bacarırdı. Komanda yığmaq asandır, amma eyni fikirli insanları cəmləmək çətin olur.

    – “Qəbələ” yenidən elitaya qayıtdı. Fikirləriniz nədir?

    – Onların yeri Premyer Liqadır. Təbriklərimi çatdırmışam.

    Futbol

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    Futbol

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01
    Futbol

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26
    Futbol

    Millimiz Tacikistana çətinliklə qalib gəldi

    23.09.2026 21:57:17
    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Minifutbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Estoniyaya sərfəli məğlubiyyət yox, qələbə üçün gedəcəyik" - "Neftçi"nin baş məşqçisi

    23.09.2026 23:44:07

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31

    Millimiz Tacikistana çətinliklə qalib gəldi

    23.09.2026 21:57:17

    "Səfərə qalib gəlmək üçün gedəcəyik" - Konstantinos Vasiliadis

    23.09.2026 21:50:19

    Fərhad Rəcəbli dünya 3-cüsü oldu

    23.09.2026 21:28:44

    Yunanıstan üzərində qələbə, Ermənistana məğlubiyyət

    23.09.2026 21:00:49

    "Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə başladı

    23.09.2026 20:54:09

    Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib

    23.09.2026 20:39:24

    “Birbaşa Bakı” Çempionlar Liqasına qələbə ilə başladı

    23.09.2026 20:17:08

    Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib

    23.09.2026 19:34:17

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved