Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.
Prosport.Az xəbər verir ki, onun çıxış etdiyi “Radomyak” “Stal”ın qonağı olub.
Ekstraklasanın XXXIII turuna təsadüf edən qarşılaşmada qalib müəyyənləşməyib – 2:2. Renat bu görüşün 72-ci dəqiqəsində meydana buraxılıb.
Sona 1 tur qalmış “Radomyak” 41 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

