Azərbaycan I Liqasında "Ayın qolu" layihəsi çərçivəsində aprelin ən yaxşı qolunun müəllifi olan MOİK-in futbolçusu İbrahim Əliyev mükafatlandırılıb.
Prosport.az xəbər verir ki, mükafat futbolçuya XXVI turun MOİK - "Mingəçevir" matçından əvvəl təqdim olunub.
Qalibə mükafatı PFL-in Media və marketinq direktoru Sənan Abdullayev verib.