"Sumqayıt"ın kapitanı Vüqar Mustafayev futbolçu karyerasını başa vurur.
Prosport.Az xəbər verir ki, bununla bağlı mayın 17-də, Misli Premyer Liqasının XXXV turunda "Turan Tovuz"la matçdan əvvəl tədbir keçiriləcək.
Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi 2019-cu ildən "gənclik şəhəri" təmsilçisinin formasını geyinir. O, milli komandanın da şərəfini qoruyub.