İngiltərənin "Kristal Pelas" klubu baş məşqçisi Roy Hocsonla olan müqaviləni uzadıb.
Prosport.Az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
76 yaşlı mütəxəssisin yeni sözləşməsi 2024-cü ilin iyununa qədərdir.
Qeyd edək ki, Roy Hocson bu iilin mart ayında "Kristal Pelas"a baş məşqçi təyin edilib. İngiltərə millisinin sabiq baş məşqçisi 2017-ci ilin sentyabrından 2021-ci ilin mayına qədər də "Kristal Pelas"ı çalışdırıb

