AFFA rəhbərliyi FIFA-nın 75-ci Konqresində iştirak edəcək.
Prosport.Az xəbər verir ki, milli assosiasiya Konqresdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədovla təmsil olunacaq.
Konqres bu gün Paraqvayın paytaxtı Asunsyonda keçiriləcək.

