"Sumqayıt" klubu Aleksey Baqa ilə anlaşıb.
Prosport.Az-ın xəbərinə görə, artıq belaruslu məşqçi müqavilə üçün Azərbaycana üz tutub.
Onunla əməkdaşlıq mövsüm bitdikdən sonra qüvvəyə minəcək.
Qeyd edək ki, Vaqif Cavadov baş məşqçi postundan göndərildikdən sonra, komandanı son 2 tura köməkçi məşqçi Vurğun Hüseynov çıxaracaq.
Xatırladaq ki, 44 yaşlı Aleksey Baqa 30 dekabr 2021-ci ildə "Sumqayıt"la 2,5 illik müqavilə bağlasa da, 21 sentyabr 2022-ci ildə uğursuz nəticəyə görə istefaya gedib. Onun son klubu Rusiyanın "Sokol" komandası olub. Baqa noyabrın 18-dən bəri baş məşqçi kimi işsizdir.

