“Sabah”ın U-10 komandası Rusiyanın Kazan şəhərində keçirilən “East Cup Kazan” beynəlxalq turnirinə qatılıb.
Prosport.Az xəbər verir ki, Məhərrəm Müslümzadənin baş məşqçisi olduğu komanda turnirin A qrupunda Qazaxıstanın “Elimay”, Rusiyanın “Nefteximik”, Tacikistanın “Babilon” və Qırğızıstanın “Abdysh-Ata” komandaları ilə mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycan təmsilçisi turnirdə ilk oyununu bu gün Tacikistanın “Babilon” komandasına qarşı keçirəcək. Yarışa mayın 17-də yekun vurulacaq.

