Moskvanın MOİK komandasının sabiq futbolçusu, hazırda "Sabah"ın baş məşqçisi olan Vasili Berezutski “qırmızı-göylər”in UEFA kubokundakı qələbəsinin 20 illiyi şərəfinə keçiriləcək qala-matçda iştirak edəcək.
Prosport.Az xəbər verir ki, Rusiya təmsilçisi mütəxəssisin görüşdə iştirakına şərait yaratdığı üçün Bakı klubuna təşəkkür edib.
Qeyd edək ki, bu matçdan 1 gün əvvəl – mayın 17-də "Sabah"ın Misli Premyer Liqasının XXXV turunda səfərdə "Zirə"yə qarşı oyunu olacaq.

