Azərbaycan millisinin futbolçusu Ozan Kökçü karyerasını yenidən Niderlandda davam etdirə bilər.
Prosport.Az sport24.az-a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi "De Qrafşap"a təklif olunub.
Bununla bağlı yekun qərarı klub rəhbərliyi verəcək.
Qeyd edək ki, mayın 3-də Finlandiyanın HYK klubu ilə yollarını ayıran Ozan Kökçü daha əvvəl Niderlandda "Valveyk", "Telstar" və "Eyndhoven" komandalarının formasını geyinib.

