Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Sumqayıt"da qalsam, əsas heyətin çoxu olmayacaq" - Vaqif Cavadov
    11.05.2025 21:09:48

    Misli Premyer Liqasının XXXIV turunun “Kəpəz” – “Sumqayıt” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – Maraqlı, gərgin oyun keçdi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Bu gün şans və hakimlik “Kəpəz” tərəfdə idi. İmkanlarımız var idi, amma istifadə edə bilmədik. İstəməzdim. Faktdır ki, məğlub olduq. Necə olacağını deyə bilmərəm. Onu deyə bilərəm ki, rəhbərlik nə qərar qəbul etsə, arxasında olacağam. Getməyim kiməsə və kluba faydalı olacaqsa, heç. Ancaq Premyer Liqada qalmışıq və imkan versələr, növbəti mövsüm yaxşı komanda qurarıq. Bundan sonra kiminsə Vaqif Cavadov haqda nəsə deməyə haqqı olar. Bəzi şeylər var ki, bugünkü durumda dəyişmək mümkün deyil.

    – Şans olsaydı, komandada nəyi dəyişərdiniz?
    – Əlbəttə, bəzi futbolçuları. Heç kimi alçaltmaq istəmirəm. Müasir futbolda qaçmasan, həvəsin olmazsa, mümkün deyil ki, qələbə qazanasan. Bu gün Vaqif Cavadovun üstünə çox şey atmaq olar. Amma onu bilməlisiniz ki, bu komandanı mən qurmamışam. İstədiyim futbolçular olmayıb. Ancaq nəticə olaraq Premyer Liqada qalmışıq. Getməyim Azərbaycan futbolu və “Sumqayıt” üçün faydalıdırsa, hazıram.

    – Gənclərə niyə şans vermirsiniz?
    – Hansı klub 2006, 2007 təvəllüdlü oyunçunu oynadır? Biz bunu edirik. Digər komandalarda daha çox yaşı olanlar oynayır, ancaq biz onlara gənc deyirik. Bu, düz deyil. Məğlub olduq, ancaq o demək deyil ki, elitadan getdik. Bu vəziyyətin tək səbəbkarı mən deyiləm. Situasiyanın hardan qaynaqlandığına baxmalıyıq. Hər vəziyyətə hazıram. Əsas məsələ komandanın elitada qalması idi və qaldı. Mənimçün bu vəzifəni yerinə yetirmək lazım idi. Bəziləri deyir ki, Azərbaycan futbolunda legionerlərə üstünlük verilir. Yaxşı nəticə olanda hamı deyir ki, legioner gəlsin. Əcnəbi də gəlir, pulları qatlayıb gedir.

    – Mətbuatın münasibətindən narazısınız?
    – Bəziləri yazır ki, Vaqif getsin, əcnəbi məşqçi gəlsin. Aleksey Baqa gəlmişdi də, işləyərdilər. Sizlərin vasitəsilə Baqa getdi istefaya. Nə üçün ondan sonra kimlərsə gəldi? Azərbaycanlıları sevmirsinizsə, əcnəbilər gəlsin. Legioner limiti də ləğv olundu.

    – Mətbuatın burada günahı yoxdur…
    – Ola bilər yanlış bilirəm.

    – Dediyiniz sözlər daha çox futbolçulara, ya rəhbərliyə yönəlib?
    – Rəhbərliyə.

    – Qalsanız, yerli oyunçuların neçə faizi qalacaq?
    – Yerlilərin 70 faizinin müqaviləsi bitir. Əsas heyət oyunçularının sözləşmələri bitir. Onlar da sağ olsun, neçə aydır, oynayır. Bu faktdır ki, əsas heyətin çoxu olmayacaq.

    – Azər Bağırov “Kəpəz”ə gələndə xalsız idi. Sıfırdan komanda qurdu və indi sizi məğlub etdi. Siz isə cəmi 7 xal qazanmısınız.
    – Nə etməliyik? Səhvlərimiz çoxdur.

    – Hamının səhvini deyirsiniz, özünüzün yox.
    – Səhvimi ancaq meydançada görə bilərsiniz. Yenə deyirəm, təhlillər aparmaq üçün kateqoriyalar olmalıdır. Hər məşqçinin seçimi olmalıdır. Azər Bağırov komandanı çətin durumda götürdü və vəziyyətdən çıxardı. Sponsor məsələsinə gəlincə, onların sponsorları var və dəstək görüblər.

    – Hakimlikdə nədən narazı qaldınız?
    – “Neftçi” ilə oyunda eyni epizodda bizə penalti verməmişdilər. Eyni situasiyada fərqli qərarlar verilir.

    – Vüqar Mustafayevin karyerasını bitirməsi gözlənilirdi. Onunla sağolaşmısınız?
    – Zədəsi var idi, ancaq canla-başla çalışırdı. Heç kim ona irad bildirə bilməzdi. Bu gün də komanda üçün faydalı adlardandır. Onun da müqaviləsi bitir və son qərarı özü verəcək.

    Futbol

    "Zirə"nin Sumqayıtdakı oyununu idarə edəcək hakim zədələndi

    27.07.2026 14:17:43
    Akademiya

    İlham Əliyevdən Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı sərəncam

    27.07.2026 13:43:34
    Futbol

    Mahir Emreli Polşa çempionatına məğlubiyyətlə başladı

    27.07.2026 13:15:44
    Futbol

    “Qarabağ”ın sabiq qapıçısı Superliqa klubunda

    27.07.2026 12:55:16
    Futbol

    CV ilə milliyə məşqçi təyinatı olar? - YAZI

    27.07.2026 12:17:33
    Futbol

    Azərbaycan klubu 9 illik baş məşqçisi ilə vidalaşdı

    27.07.2026 11:45:45
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Bu il Bakıda güləşin daha bir dünya çempionatı keçiriləcək

    27.07.2026 14:20:23

    "Zirə"nin Sumqayıtdakı oyununu idarə edəcək hakim zədələndi

    27.07.2026 14:17:43

    İlham Əliyevdən Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı sərəncam

    27.07.2026 13:43:34

    Mahir Emreli Polşa çempionatına məğlubiyyətlə başladı

    27.07.2026 13:15:44

    “Qarabağ”ın sabiq qapıçısı Superliqa klubunda

    27.07.2026 12:55:16

    CV ilə milliyə məşqçi təyinatı olar? - YAZI

    27.07.2026 12:17:33

    Azərbaycan klubu 9 illik baş məşqçisi ilə vidalaşdı

    27.07.2026 11:45:45

    "Samtredia"nın sabiq futbolçusu I Liqa klubunda

    27.07.2026 11:23:29

    "Turan Tovuz"un Ankarada 2-ci sınağı

    27.07.2026 10:54:02

    Millimiz Avropa çempionatına Afinada hazırlaşacaq

    27.07.2026 10:26:12

    Bakıda dünya çempionatı start götürür

    27.07.2026 10:00:58

    14 il sonra Bakıda keçirilən 2-ci dünya çempionatı – Bildiklərimiz, bilmədiklərimiz

    27.07.2026 09:00:52

    Azərbaycanda Avropa Cüdo Ümidləri turniri başa çatdı

    27.07.2026 00:59:37

    Bakıda ABŞ ictimai birliyi ilə memorandum imzalandı – FOTO + VİDEO

    26.07.2026 23:55:01

    Dünya çempionatında güləşçilərimizin ilk rəqibləri bilindi

    26.07.2026 23:23:06
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved