Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bu xal sayəsində liqada qalacağımız dəqiqləşdi" – Füzuli Məmmədov
    11.05.2025 00:02:18

    "Çətin oyun olacağını bilirdik. Gözlədiyimiz qədər gərgin qarşılaşma izlədik. Havanın çox isti olması hər iki komandaya əlavə çətinlik yaratdı".

    Prosport.Az xəbər verir ki, bunu "Mingəçevir" komandasının baş məşqçisi Fizuli Məmmədov XXV turda "İmişli" ilə qolsuz başa çatan matç barədə deyib.

    O, "Mingəçevir"in I Liqada sonuncu olmaması üçün lazım olan 1 xalı qazandıran matç barədə daha sonra bu fikirləri bildirib: "İmişli" Premyer Liqaya vəsiqəni təmin etmiş komandadır. Güclü heyətləri var. Bizə qarşı mübarizə aparan futbolçuların 60-70%-i gələn mövsüm elitada oynayacaq. Buna baxmayaraq, məqsədimiz oyundan öncə də dediyim kimi, qələbə idi. "İmişli"ni səfərdə məğlub edə (1:0) bilmişdik. Onlara qarşı oyunumuz maraqlı və çox gərgin alınmışdı. Komandamın yaxşı formada olması 2-ci görüşdə də qələbə barədə düşünməyə əsas verirdi.

    Matça taktiki planda yaxşı hazırlaşmışdıq. Həftə ərzində rəqibin güclü və zəif cəhətlərini müəyyənləşdirmişdik.

    Qarşılaşma ərzində rəqibi adətən taktiki cəhətdən üstələməyə çalışırdıq və əksər hallarda buna nail olurduq. Düzdür, "İmişli"nin qol epizodları da oldu. Onların futbolçuları fərdi keyfiyyətləri hesabına bir neçə epizodda bizə çətin anlar yaşatdı. İlk hissədə bizim də qol imkanımız oldu. Onların epizodunda qapıçımız uğurlu çıxışla diqqət çəkdisə, Gülağa Əsədovun uzaq küncə endirdiyi zərbədə də bir qədər dəqiqlik çatmadı.

    2-ci hissədə də hər iki tərəfin fərqlənmək imkanları var idi. Rəqibin qol vurmasını müdafiəçimiz Vüqar Həsənovun kritik müdaxiləsi əngəllədi. Sona yaxın isə qapı dirəyi onları qoldan xilas etdi. O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik. İstənilən halda, 1 xal da bizim üçün çox dəyərlidir. Bu xal sayəsində liqada qalacağımız dəqiqləşdi.

    Komandama və bizi 90 dəqiqə dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm".

    Futbol

    "Sabah"la oyundan öncə gərginlik: Məşqə gecikdi, Fliki qəzəbləndirdi

    25.11.2026 14:39:20
    Futbol

    Avropa və dünya çempionu üçün Bakıda ikiqat əlamətdar oyun

    25.11.2026 14:13:05
    Futbol

    "Bakıda olmaqdan məmnunuq" - Xoan Laporta

    25.11.2026 13:46:38
    Futbol

    "Şəfa"da klubdaxili iclas: Baş məşqçi ilə bağlı qərar verildi

    25.11.2026 13:16:11
    Futbol

    "Məğlub olsaq, qətiyyən forma istəməyəcəyəm" - Stiv Solve

    25.11.2026 12:43:14
    Futbol

    "Sabah" - "Barselona": Təxmini "11-lik"lər

    25.11.2026 12:15:10
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah"la oyundan öncə gərginlik: Məşqə gecikdi, Fliki qəzəbləndirdi

    25.11.2026 14:39:20

    Avropa və dünya çempionu üçün Bakıda ikiqat əlamətdar oyun

    25.11.2026 14:13:05

    "Bakıda olmaqdan məmnunuq" - Xoan Laporta

    25.11.2026 13:46:38

    "Şəfa"da klubdaxili iclas: Baş məşqçi ilə bağlı qərar verildi

    25.11.2026 13:16:11

    "Məğlub olsaq, qətiyyən forma istəməyəcəyəm" - Stiv Solve

    25.11.2026 12:43:14

    "Sabah" - "Barselona": Təxmini "11-lik"lər

    25.11.2026 12:15:10

    Cüdo məşqçilərinin peşəkar inkişafı üçün xüsusi proqram

    25.11.2026 11:40:17

    "Barselona"nı məğlub edə bilərik" - "Sabah" cəbhəsindən iddialı açıqlama

    25.11.2026 11:12:47

    "Barselona"ya qarşı oynamaq hər futbolçu üçün arzudur" - "Sabah"ın futbolçusu

    25.11.2026 10:52:44

    "Turan" Çempionlar Liqasının qrup mərhələsində mübarizəyə başlayır

    25.11.2026 10:24:05

    Çempionlar Liqası: "Sabah" "Barselona" qarşısında möcüzə axtarışında

    25.11.2026 10:00:18

    "Turan"ın Çempionlar Liqasındakı ev oyunlarının məkanı və vaxtı bilindi

    25.11.2026 09:27:18

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved