"Neftç"nin gələn mövsüm üçün məqsədi məlum olub.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, "ağ-qaralar" avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaq.
Bu, klub rəhbərliyinin Samir Abasov qarşısında qoyduğu hədəfdir.
Baş məşqçi istər Premyer Liqada, istərsə də ölkə Kubokunda uğurlu nəticələr qazanacaqlarına, azarkeşləri sevindirəcəklərinə dair "yuxarı"ya vəd verib.